0 голосов
123 просмотров
от в категории Şəhər, Ölkə, Coğrafiya

İl niyə fəsillərə bölünür?

1 Ответ

0 голосов
от
Qadim zamanlardan insan fəsillərin
dəyişməsinə heyran qalır, bu müəyyən su-
allar yaradırdı. Niyə yayda isti olur, qışda
soyuq? Niyə qışda gecələr yaydakından
daha uzundur?
Biz bilirik ki, Yer həm Günəş ətrafında,
həm də öz oxu ətrafında fırlanır. Günəş
ətrafında dövrə vurarkən o həm də firfira
kimi öz oxu ətrafında hərlənir. Əgər Yer
oxu (şimal və Cənub qütbləri arasındakı
xəyali xatt) Yerin Günəş ətrafında dolanma
orbitinə nisbətdə düz bucaq altında olsaydı,
onda ilin fəsilləri deyilən bir şey olmaya-
caqdı, günlərimiz isə bir-birini tam təkrar
edəcəkdi.
Lakin Yer oxu mailidir. Niyə? Məsələ
bundadır ki, Yerə müxtəlif qüvvələr təsir
edir. Əvvəla, bu, Günəşin cazibəsidir; ikin-
cisi, Ayın cazibəsidir, üçüncüsü isə Yerin
özünün firlanmasıdır. Nəticədə Yer Günəş
ətrafına maili vaziyyətdə dövrə vurur. Bu
vaziyyət bütün il boyu dəyişməz qaldığın-
dan Yer oxu həmişə bir nöqtəyə baxır -
Qütb ulduzuna.
Bu o deməkdir ki, ilin müəyyən bir
hissəsində Şimal qütbü Günəşə baxır, qalan
hissəsində isə onu görmür. Həmin bu maili
vaziyyat ucbatından Günəşin birbaşa şüaları
hərdən Yer kürəsinin ekvator xəttindən
şimaldakı hissəsinə, hərdən ekvator
nahiyəsina, hardan da ekvatordan cənuba
işıq salır. Düz bucaq altında enən Günəş
şüalarının müxtəlif mövsümlərdə Yerin
cürbəcür güşələrinə düşməsi səbəbindən
planetimizin müxtəlif yerlərində ilin fəsilləri
dəyişir.
Şimal yarımkürəsi Günəşə sarı çevrilən-
da ekvatordan şimalda yerləşən ölkələrdə
yay, cənubdakı ölkələrdə isə qış olur. Düz
şüalar Cənub yarımkürəsinə düşəndə isə
orada yay, Şimal yarımkürəsində isə qış
olur. İlin ən uzun və ən qısa günləri qış və
yay "gündönümü" adlanır.
Bütün yer üzündə ilda gecə ilə
gündüzün bərabər olduğu cəmi iki gün
var. Bu payızda sentyabrın 23-da, yazda
isa mart ayının təxminən 21-də baş verir.

Похожие вопросы

+2 голосов
1 ответ
спросил 21 Янв от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
0 голосов
1 ответ
спросил 11 Окт, 19 от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 голосов
1 ответ
спросил 27 Апр от аноним в категории Biznes, Maliyyə
0 голосов
1 ответ
спросил 07 Янв от аноним в категории Digər
+1 голос
1 ответ
спросил 06 Янв от аноним в категории Elm, Təhsil, Dillər
...