+1 səs
55 baxış
Elm, Təhsil, Dillər bölməsində

Meteoroloqlar havanı qabaqcadan necə deyirlər?

1 cavab var:

0 səs
Hava anlayışı özündə atmosferin
bütün hallarını və dəyişikliklərini
ehtiva edir. Atmosferin soyuq
isti, quru, rütubətli, günəşli, buludlu,
küləkli, sakit halları nəticəsində formalaşır.
Hava hər gün dəyişə bilər, il ərzində baş
verən belə dəyişiklikləri isə "iqlim”
adlandırırlar.
Havanın necəliyinə müxtəlif faktorların
təsiri var, amma onların ən başlıcası
Günəşdir. Günün istisi suyu buxarlandırır,
havanı qızdırır və əmələ gələn isti hava
kütləsi yerdən çıxan su buxarlarını göyə
qaldırır. Göydə isə havanın isti kütləsi
soyuyur və buxar kondensata çevrilib yağış
şəklində yerə tökülür. Bu proses həm
sürətlə, həm də ləng baş verə bilər. Hava
kəskin dəyişəndə, yer üzündə adətən tu-
fanlar, qasırğalar baş verir.
İngiltərədə havanın vəziyyətini qeydə
alan 200-ə yaxın məntəqə var, təxminən
bir o qədər məntəqə də Avropanın qalan
hissəsində mövcuddur. Bundan başqa, At-
lantik okeanda üzən xüsusi "hava gəmiləri",
fazada növbə çəkən təyyarələr də havanın
dəyişməsini daim diqqətlə izləyirlər. Hava
proqnozunu da bu və digər yollarla
toplanan meteoroloji məlumatlar əsasında
tərtib edirlər.
Hava mütəxəssislərinin uzunmüddətli
müşahidələr nəticəsində tərtib etdiyi
xəritələr onları müxtəlif zəruri məlumatlarla
təmin edir: təzyiqin eyni olduğu rayonlar,
temperaturu sabit olan yerlər, küləyin
istiqaməti, havanın buludlu, yaxud açıq
olması, yağıntıların miqdarı, təzyiqin
yuxarı, yaxud aşağı olduğu yerlər...
Bu xəritələri araşdıran meteoroloqlar
atmosferin müəyyən vəziyyətində hansı
dəyişikliklər gözləməyin mümkün olduğu-
nu qabaqcadan söyləyə bilirlər. Onlar bilir
ki, soyuq hava kütləsinin yuxarıya qalxan
rütubətli, isti havanı əvəz etməsi nəticəsində
aşağı təzyiq yaranır ki, bu da güclü
küləklərin əmələ gəlməsinə səbəb olur.
Yüksək təzyiq isa aksinə, yaxşı hava
deməkdir.
Şimal yarımkürəsinin yüksək təzyiqli
nahiyələrində küləklər saat əqrəbi istiqamə-
tində əsir. Təzyiq aşağı düşəndə isa, aksina.
Yəni küləyin istiqamətini belə qabaqcadan
söyləmək mümkündür. Meteoroloqlar
müxtəlif təzyiqli sahələrin yerdəyişməsinin
sürətini də bilirlər.
Bütün bu detallardan xəbərdar olandan,
dünyanın ən müxtəlif yerlərindəki havanın
vəziyyəti haqda dəqiq məlumatlar alandan
sonra istənilən yerdə havanın necə olacağını
qabaqcadan təsəvvür etmək mümkündür!

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
0 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
...