+2 səs
260 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Zəlzələlər adətən harada baş verir?

1 cavab var:

+2 səs
 
Əgər biz Yer kürəsinin daha tez tez zəlzələ baş verən nahiyələrini göstərən xəritəyə baxsaq, bütün yer üzünü əhatə edən, gah şımala, gah cənuba sarı meyillənən enli bir zolaq görərik, Həmin zolaq zəlzələlərin tez-tez baş verdiyi yerləri göstərir. Ona görə də planetimizin bəzi rayonlarında zəlzələ heç vaxt olmur, başqa yerlərində isə bu təbiət hadisəsinə tez tez rast gəlirik.

Yaporiya Yer kürəsinin tez tez zəlzələ olan nahiyələrindəndir. Yaponiyada zəlzələ az qala hər gün baş verirl Əlbəttə, onların əksəriyyəti zəifdir deyə, insanlara heç bir ziyan gətirmir. Buna bənzər, zəlzələsi bol olan başqa bir rayon da Aralıq dənizi ərazisidir. Amma Birləşmiş Ştatların Yeni İngiltərə nahiyəsində buzlaşma dövründən bən, yəni arhq neçə-neçə minilliklərdir ki, zəlzələ baş vermirl

Bunun səbəbi Yer qabığın qalınlığının hər tərəfdə eyni olmamasındadır. Bəzi nahiyələrdə o elə də möhkəm deyil və həmin nahiyələrdə Yer qabığı çat verir. Bu çatlar qabığı təşkil edən qaya süxurlarının qırılmasından əmələ gəlir, Həmin çatların qərar tutduğu nahiyələrdə Yer qabığının müxtəlif nəhəng parçaları bir-birinə dəhşətli təzyiq edir Həmin təzyiqin yaratdığı enerfi o qədər güclü olur ki, qayaları titrədir və zəlzələ baş verir. Azərbaycan da bu cür aktiv zəlzələ zonalarından sayılır.

Zəlzələdə əmələ gələn titrəmə min kilometrlərlə məsafəyə yayıla bilər. Bu halda zəlzələ xüsusilə Yer qabığının qalxmasından yaranan çatlar boyunca daha güclü olur. Qırılma baş verən yerlər həm qalxıb-enir, həm də bu parçalar bəzən lap üfüqi istiqamətdə hərəkət edir.

Zəlzələdən sonra yer üzündə həmin o çatlar boyu müəyyən dəyişikliklərin şahidi olmaq mümkündür. Vibrasiyanın daha çox hiss olunduğu yerlərə zəlzələnin “episentri” deyirlər Əgər həmin episentrin yaxınlığında şəhər varsa, oradakı dağıntılar dəhşətli ola bilər. Dağılan birtalar, qaz kəmərlərinin partlamasından yaranan yanğınlar, bəzəri çox böyük insan tələfatına səbəb olur.

Həm zəlzələ, həm də vulkanların daha geniş yayıldığı rayonlar təxmmən eynidir. Bu onunla əlaqədardır ki, həmin ərazilərdə Yer qabığı heç də dinc, sakit vəziyyətdə deyil.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 15 Fevralda, 21 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
...