0 səs
177 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Bitərəflik nədir?

1 cavab var:

0 səs
 
Dövlətin xüsusi beynəlxalq hüquqi statusu. Beynəlxalq hüquq iki cür bitərəflik tanıyır: müharibə zamanı bitərəflik (eventual) və daimi bitərəflik.
Eventual bitərəflik dedikdə müharibə baş verdiyi halda həmin müharibədə müəyyən bir dövlətin döyüşən dövlətlərdən hər hansı birinin tərəfində iştirak etməməsi haqqında bəyanatı başa düşülür.
Daimi bitərəflik dedikdə müəyyən bir dövlətin beynəlxalq-hüquqi statusu ona başqa dövlətlər arasında baş verə bilən silahlı münaqişələrdə iştirak etməməyi, hərbi-siyasi ittifaq və bloklara girməməyi, öz ərazisini xarici qoşun və hərbi bazaların istifadəsinə verməməyi nəzərdə tutulur. Daimi bitərəflik qarantsız və ya hansısa dövlətlər (məs., böyük dövlətlər) tərəfindən qa- rantlı ola bilər. Hal-hazırda daimi bitərəf dövlət statusuna İsveçrə, Avstriya, Malta ölkələri malikdirlər.
İsveç də bitərəflik siyasəti yürüdür. Lakin onun bitərəfliyi haqqında müddəa nə ölkənin konstitusiya aktlarında, nə də hər hansı beynəlxalq müqavilədə təsbit edilməyib. Ona görə də İsveçin yalnız ənənəvi bitərəfliyindən söhbət gedə bilər.
Öz bitərəfliyini bəyan edən ölkənin suveren iradəsinə başqa dövlətlər hörmət etməlidirlər. Buna baxmayaraq, bəzən bitərəf dövlətlərin hüquqları müəyyən dövlətlər tərəfindən pozulur. Belə ki, Birinci Dünya müharibəsi zamanı Belçika və Lüksemburqun, iranın, İkinci Dünya müharibəsi zamanı isə Belçikanın və Hollandiyanın, Lüksemburqun və iranın bitərəfliyi kobudcasına pozmuşdu.
Beynəlxalq hüquqda habelə döyüşməyən dövlət məfhumu da mövcuddur. Belə ki, ikinci dünya müharibəsi zamanı bir sıra dövlətlər bəyan etdilər ki, onlar bitərəfliyə riayət etməyəcək, lakin bununla belə hərbi əməliyyatlarda iştirak da etməyəcəklər.
Vuruşmayan dövlətin statusu hüquqazidd məqsədlərə (təcavüzkara kömək) xidmət etməməlidir, çünki bu beynəlxalq hüququn prinsip və normalarının pozulması deməkdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
4 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...