0 səs
171 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Paytaxtlar

1 cavab var:

0 səs
 

Şəhərlər, insanlar kimi, öz peşələrinə malikdirlər. Müxtəlif peşəli şəhərlər arasında birinci yeri paytaxtlar tutur. Paytaxtlar xüsusi şəhərlərdir, “elitadır”. Onların bəziləri öz ölkələri üçün o qədər böyük əhəmiyyətə malikdir ki, tam əsasla XIV Lü-dovikin “Dövlət mənəm!” sözünü təkrarlaya bilər. Bu doğrudan da belədir. Vyanada Avstriya əhalisinin 21%-i və ölkənin sənaye istehsalının 1/3-i cəmlənib. Uruqvayın paytaxtı Monte-videoda bu pay daha yüksəkdir: əhalinin 45%-i və sənaye istehsalının 3/4-ü. Belə paytaxtların elmdə, təhsildə, mədəniyyətdə rolu isə daha əhəmiyyətlidir. Onlar öz ölkələrinin ictimai həyatını hərfi mənada inhisara alıblar.

Paytaxt - milli qürur obyekti, xalqın rəmzi, onun əsas keyfiyyətlərinin ifadəsidir. Hindistanın paytaxtı Dehli şəhəri çox qədim zamanlardan şəhərlərin “sevimli” yerində meydana gəlib. Bir çox yüzilliklər ərzində burada bir-birini müxtəlif qədim hind dövlətlərinin yeddi paytaxtı əvəz edib!

Paytaxtlar ailəsi çox müxtəlifdir. “Paytaxt təyin edilmiş” şəhərlər mövcuddur: məsələn, 1561-ci ildə II Filippin hökmü ilə Madrid, Taledonu əvəz edərək İspaniyanın paytaxtı oldu; Sankt-Peterburq, əsası qoyulmasından on ildən də az müddət keçdikdən sonra, 1712-ci ildə Rusiya imperiyasının paytaxtı “vəzifəsinə başladı”. Çoxəsrlik “paytaxt stajı” nəticəsində öz rolu ilə qovuşmuş “təbii paytaxtlar” da mövcuddur. Fransız yazıçısı Anatol Fransın ifadəsinə görə ətrafında bütün Rusiyanın təşəkkül tapdığı Moskva belə paytaxtdır.

Paytaxtların böyük qrupunu, ölkə həyatının bütün sahələrində aparıcı olan və birinciliyi heç kəslə bölüşmək istəməyən şəhərlər təşkil edir. Belə paytaxt iqtisadi əlaqələrin əsas qovşağı, dövlətin siyasi və mədəni həyatının mərkəzi, dəbin qanunvericisidir. Ölkənin bütün yolları paytaxta aparır. Paytaxt, hətta dövlətin mərkəzində olmasa belə, mühüm yolların kəsişmə nöqtəsidir. Paytaxtda əsas banklar, birjalar, sənaye, nəqliyyat, sığorta şirkətlərinin rəhbərlikləri, çoxsahəli sənaye müəssisələri, aparıcı elmi müəssisələr cəmlənib. Paris, London, Tokio, Mexiko, Qahirə, Afina belə paytaxtlara nümunə ola bilər.

Ali dövlət orqanlarının iqamətgahları olan paytaxt tamam başqa tipdir. Bu şəhərlər özlərinə digər vəzifələrlə əziyyət vermir. Məsələn, Pakistanın paytaxtı Islamabad belə şəhərdir. XX əsrin 60-70-ci illərində xüsusi olaraq siyasi-inzibati funksiyaları yerinə yetirmək üçün tikilən, 300 min əhalisi olan bu şəhər, iqtisadi zənginliyi və mədəni səviyyəsinə görə Kəraçi (6,5 mln-dan çox sakin) və ölkənin digər mərkəzlərilə müqayisə edilməzdir. Avstraliyada xüsusi olaraq paytaxt kimi tikilən Kanberra, bir çox onilliklər ərzində kiçik şəhər olaraq qalırdı. Onu heç indi də nəhəng Sidney və Melbum ilə müqayisə etmək olmaz.

İnkişafda olan ölkələrin paytaxtları sürətlə böyümə nəticəsində, həlli getdikcə çətinləşən nəqliyyat, mənzil, ekoloji və s. problemlər qarşısında qalır. Məşhur nigeriyalı coğrafiyaçı Mobo-qunji Nigeriyanın paytaxtı haqqında demişdi: “Laqos şəhər formasını almış fəlakət rayonudur”. Laqosun böyüməsini yavaşıtmaq, onun işini yüngülləşdirmək, üzərinə düşən problemlərin gərginliyini azaltmaq üçün Nigeriyanın daxilində yeni paytaxt - Abuca şəhərini salmaq qərara alındı. Beləliklə, artıq Braziliyada, Pakistanda və bir sıra digər ölkələrdə keçilmiş yol seçildi.

Paytaxt funksiyalarının yerinə yetirilməsi şəhərin simasında, hətta ölkənin baş şəhəri adını itirməsindən sonra da, görünən iz qoyur. Bu barədə aydın şəkildə yaxın keçmişdə siyasi dağınıqlığı ilə seçilən İtaliya və Almaniyanın şəhərləri xəbər verir. Hətta, İohann Volfqanq Gete və Fridrix Şil-lerin kiçik və rahat Veymar şəhəri Münhendə, Ştutqartda, Karlsruedə, Honnoverdə və Braunşveyqdə çox qabarıq hiss olunan paytaxt nişanələrini saxlayır. Bütün bu şəhərlər vaxtilə ayrı-ayrı alman dövlətlərinin paytaxtları olmuşdur.

1712-ci ildə Rusiya İmperiyasının paytaxtı rolunu Sankt-Peterburqa təslim edən Moskva, Rusiyanın milli paytaxtı və onun əsas daxili mərkəzi olmaqla davam edirdi. Öz növbəsində 1918-ci ildə paytaxt statusunu itirən Sankt-Peterburq - Petroqrad - Leninqrad - Sankt-Peterburq (nəhayət, şəhərin tarixi adı 1991-ci ilin iyununda qaytarıldı) öz sənayesinin paytaxt xarakterini, elmin, ədəbiyyatın və mədəniyyətin inkişafındakı liderliyini, həmçinin geniş ərazilərin, xüsusilə Rusiya şimalının “şefi” rolunu saxladı. Ona görə də rus tənqidçisi V. Belinskinin “Rusiya iki paytaxt ilə yaranıb” (o, bu barədə Peterburq və Moskva məqaləsində yazıb) sözləri indi də haqdır.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 10 Noyabrda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
0 cavab
soruşub 09 Noyabrda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
5 cavab
soruşub 18 Apreldə anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 16 Martda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...