+1 səs
151 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Birtərəfli Akt nədir?

1 cavab var:

0 səs
Hər hansı dövlətin beynəlxalq planda müəyyən hüquci nəticələrin əldə edilməsinə yönəlmiş iradəsinin ifadəsidir. Dövlət B.a. yolu ilə digər dövlətlərin diqqətini hər hansı bir fakta, situasiyaya, fəaliyyət formasına və s. cəlb edir. Birtərəfli Akt ının əsas növləri aşağıdakılardır; hər hansı tələblərin, fakt və situasiyaların qanunauyğunluğunun tanınması, dövlətin hüquq və maraqlarına təhlükə və ya onların pozulması ilə əlaqədar etiraz, münasibətlərdə müəyyən davranış qaydalarına əməl olunmasına hər hansı vəd vermək və ya əmin etmək hüququndan istifadə etməkdən imtina. Bəzən notifikasiyanı da Birtərəfli Akt  aid edirlər. Ümumi qaydaya görə gövlət tərəfindən Birtərəfli Akt ın qəbul edilməsi digər dövlətin razılığından asılı olmur və onların üzərinə beynəlxalq öhdəliklər qoymur. Bununla belə bu digər dövlətlər üçün də beynəlxalq hüquq normalarına uyğun olaraq qəbul olunmuş Birtərəfli Aktdan irəli gələn hüquqi nəticələrin meydana gəlməsi mümkünlüyünü istisna etmir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 12 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
+3 səs
1 cavab
soruşub 04 Fevralda, 21 anonim Qanun, Hüquq bölməsində
+1 səs
3 cavab
soruşub 24 Yanvarda, 21 anonim Qanun, Hüquq bölməsində
+2 səs
1 cavab
soruşub 14 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...