+2 səs
122 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Özünütəcrid siyasəti nədir? 

1 cavab var:

0 səs
 
Özlərini digər ölkələrin problemlərindən, ümumiyyətlə, dünya siyasətindən uzaq tutan dövlətlərin xarici siyasət kursu.

İqtisadiyyatda özünütəcrid siyasəti avtarkiyaya – digər dövlətlərlə mübadilənin minimuma endirilməsinə və qapalı təsərrüfat sisteminin yaradılmasına gətirib çıxarır. Çin, Koreya və Yaponiyanın XVII–XIX əsrlərdə yürütdükləri xarici siyasət bunun tipik nümunəsi sayıla bilər. 1641–1853-cü illərdə Yaponiya hökuməti “sakoku” adlandırılan xarici siyasət kursu seçmişdi və ölkəni əcnəbilər üçün tamamilə qapamışdı. Həmin dövrdə Koreya və Çin hökumətləri də mövcud qayda-qanunları və quruluşu konservasiya etmək məqsədilə eyni üsula əl atmışdı. Lakin özünütəcrid siyasəti onların iqtisadi və texnoloji cəhətdən Avropa ölkələrindən xeyli geri qalması ilə nəticələnmişdi. Amerika Birləşmiş Ştatları da XIX əsrin ortalarından II Dünya müharibəsinədək (1939–1945) olan dövrdə özünütəcrid siyasəti yeridib.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 23 Apreldə anonim Biznes, Maliyyə bölməsində
...