“Solçuluq” mövcud ictimai quruluşdan qaynaqlanan üstünlüyü ləğv etmək istəyən, zənginliyin və imtiyazların bərabər bölüşdürülməsini dəstəkləyən siyasi hərəkatdır. “Sağçılıq” isə solçuluğa nəzərən ənənəvi və milli dəyərlərə, müəyyən şəxslərin və zümrələrin gücünə daha çox üstünlük verən siyasi görüşdür. Bu görüş tərəfdarları azad bazar və şəxsi mülkiyyətə əhəmiyyət verirlər.