Məzarlıq, qəbiristan; adətən, qədim dünyanın kompleks dəfn yerlərinə verilən ad.
Qədim Afinada Dipilon, Qədim Misirdə fironlar və əyanların sərdabələrindən ibarət Fiv nekropollara misal ola bilər. Azərbaycanda arxeoloji qazıntılar zamanı Mingəçevir, Xınıslı, Nüydi və s. Nekropollar aşkarlanıb.