+3 səs
198 baxış
Tibb, Sağlamlıq bölməsində

Daltonizm nə xəstəliyidir? 

2 Cavab

+2 səs
 
Rəngləri ayırd edə bilməmə, “rəng korluğu” adı ilə də tanınan göz xəstəliyinin tibbi adı daltonizmdir
0 səs
Üç əsas rəngdən bütün qalan rəngləri almaq olur: qırmızı, yaşıl, bənövşəyi, yaxud san, mavi və qırmızıdan. Belə ki, bitki aləminin al-əlvanlığı cəmi üç rəngdə (qırmızı, mavi və sarı) olan hissəciklərin müxtəlif kombinasiyalarından yaranır.

Gözümüzün qırmızı, yaşıl və bənövşəyi işığa həssas olan torlu qişasına görə, təbiətin bütün rənglərini qavraya bilirik. Bəs insan rəngləri, ümumiyyətlə, seçə bilməyəndə, ya da onları çoxları kimi yox, tamam fərqli görəndə nə olur?

Bu hadisəyə daltonizm deyirlər. Gözün torlu qişasına düşən müəyyən işıq şüaları onda normal güz üçün xarakterik olan reaksiya doğurmur. Deyək ki, qırmızı işıq şüası yalnız bu şüalara deyil, həm də yaşıl şüalara reaksiya verirsə, nə ohur?

Yaşıl işıq da eyni təsiri göstərir torlu qişanın həm “qırmızı”, həm də “yaşıl" hissəsini qıcıqlandırır. Bu baş verəndə, insan nə görür? О, qırmızı və yaşıl rəngləri seçə bilmir, bunun əvəzinə зап-роз rəng görür. Axı qırmızı və yaşıl rənglər birbirinə qarışanda, məhz bu rəng alınır.

Lakin belə adamlar mavi, sarı və bənövşəyi rəngləri seçə bilir. Qırmızını yaşıldan isə yalnız bozumtul sarının çalarlarına görə müəyyənləşdirir.

Rəng qavrayışında xırda, əhəmiyyətsiz pozuntuları olan adamlar da var ki, bundan heç özlərinin də xəbəri olmur.

Daltonik adam kiçik yaşlarında qırmızını yaşıldan seçməyi öyrənə bilər, baxmayaraq ki, bu rənglərin hər ikisini o da sarı boz görür. O, bunu normal insanlar kimi rəngə əsasən deyil, onun çaları və parlaqlığına əsasən edir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 02 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 02 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 03 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 02 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 02 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
...