+2 голосов
196 просмотров
от в категории Şəxslər, Tarix

Yüzillik müharibə həqiqətənmi yüz il çəkib? 

1 Ответ

0 голосов
от
 
Лучший ответ
Yüzillik müharibə İngiltərə və Fransa arasında 1337-1453-cü illərdə baş vermiş müharibənin adıdır. Lakin bu müharibə 100 deyil, 116 il davam etmişdir. İnanmırsınızsa, sadə riyazi çıxma əməliyyatı aparaq: 1453-1337 116. Göz qabağında olan bu adi həqiqət tarixçilərin gözündən niyə “yayınıb” ki?l Görünür, bu müharibənin adında yuvarlaqlaş-dırılmış rəqəmin tərcih edilməsi qulağa xoş gəlmişdirl Nə isəl Əslində müharibə 116 illik bir dövrü əhatə etsə də, tərəflər 116 il boyunca davamlı olaraq müharibə etməmişdir. Onlar müharibəni dayandırdıqlarını rəsmən elan etmədən neçə illər əvvəl hərbi əməliyyatları faktiki olaraq “dondurmuşdular”. Lakin müharibəni sona çatdırmaq üçün bir müqavilə imzalamaq nə qədər çox gecikdirilərdisə, müharibənin nəyə görə baş verməsi səbəbinin də o qədər çox unudulacağı düşünülürdü. Əslində “yüzillik” adlandırılan bu müharibəni sona çatdıran sülh müqaviləsi tərəflər arasında bağlanan ikinci müqavilə idi. Əslində adını bəlkə də çoxlarınızın eşitmədiyi Bretigny adlı ilk müqavilə 1360-cı ildə imzalanmışdır. Lakin müharibəni özlərini saxlaya bilməyən fransızlar bir daha başlamışdır. Görünür, 116 illik dövrü əhatə edən bu müharibənin fransızlar tərəfindən başlanmasının səbəbi Gaskoniya, Akitaniya və Calais ərazilərinin öz əllərindən çıxmasını qəbul edə bilməməsi olmuşdur.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 08 Фев от аноним в категории Şəxslər, Tarix
+2 голосов
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 17 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 голосов
1 ответ
спросил 08 Фев от аноним в категории Şəxslər, Tarix
...