+1 голос
203 просмотров
от в категории Şəhər, Ölkə, Coğrafiya

Şəhərlər necə olur?

1 Ответ

+1 голос
от
 
Лучший ответ

“Şəhər” anlayışı böyüklüyünə, yaşına, görünüşünə və təyinatına görə bir-birindən çox fərqlənən məskun məntəqələri birləşdirir. Şəhər - nəhəng qarışqa yuvasına bənzəyən insan məskənidir. XXI əsrin ilk onilliklərində dünyada əhalisinin sayı 30 mln-a çatacaq Mexiko (bu, onu dünyanın ən böyük şəhəri edəcək) və cənubi Bolqarıstanın dağlarında gizlənmiş kiçik Melnik (400-ə yaxın sakini olan) kimi şəhərlər var. Şəhər həm kiçik, ancaq bir sahənin inkişafı hesabına yaşayan sənaye mərkəzi (məsələn, Moskva vilayətində toxuculuq fabriki yanında Drezna şəhəri), həm də Paris, Moskva, London, Tokio kimi nəhəng, ölkələrin iqtisadi, siyasi və mədəni həyatının mərkəzi də ola bilər. Əbədi şəhər - Romanın başlanğıcı əsrlərin dərinliyində itir. Qərbi Sibirin neft və qaz mədənlərindəki şəhərlər isə (Nadım, Novıy Urenqoy, Noyabrsk və s.), sanki, dünən, XX əsrin 70-80-ci illərində yaranıb.

Ölçüsünə görə şəhərləri iki qrupa bölmək olar: böyük və kiçik. Əhalisi 100 mindən çox olan şəhərlər böyük şəhər sayılır və orada şəhərin səciyyəvi cəhətləri xüsusilə aşkar ifadə edilir.

Böyük şəhərin plan quruluşu mürəkkəbdir. Bir qayda olaraq orada bir deyil, bir neçə sənaye rayonu və mütləq şəhər nəqliyyat sistemi olur. Böyük şəhərin mühüm cəhəti çoxfunksiyalı-lıqdır: o, sənaye, elm, mədəniyyət, təhsil mərkəzidir. Buna görə də, böyük şəhərlərdə əhalinin peşə, təhsil səviyyəsi, sosial vəziyyətinə görə tərkibi müxtəlifdir. Böyük şəhərlər kiçiklərdən inkişafına çox şeydə yardım edən iqtisadi-coğrafi mövqeyinin özünəməxsusluğu ilə fərqlənir.

Kiçik şəhər böyüyün tam əksidir. Orada obyektlər bir-birinə yaxın yerləşir və ona görə də şəhər nəqliyyatına bir o qədər ehtiyac olmur. Belə şəhər kəndlərin əhatəsindən ayrılmazdır və çox vaxt kəndlərin böyüməsi, “yetişməsi” nəticəsində yaranır. Kiçik şəhər təbiətə yaxındır və onun ayrılmaz hissəsidir.

Ən yaxın rayonlarla fəal və rəngarəng qarşılıqlı əlaqələri olsa da, onun təsir dairəsi məhduddur. Kiçik şəhər üçün ləng ahəngli həyat ritmi xarakterikdir.

Kiçik şəhərlərin çoxu iri mərkəzlərdən və baş magistrallardan uzaq, ölkənin daxilində yerləşir. Nikolay Qo-qolun məşhur “Müfəttiş” komediyasında qalabəyi öz şəhəri haqqında belə deyir: “Buradan lap üç il at çap, heç bir dövlətə gedib çata bilməzsən”.

Şəhər qəribə təzahürdür! Arxitektorlar onun layihəsini - baş planını hazırlayırlar, inşaatçılar bu planı həyata keçirirlər; binalar tikir, yol və küçələr salırlar. Layihəçilər şəhəri öz düşündükləri kimi görmək istəyirlər. O isə, özü üçün tam başqa inkişaf tempi və istiqaməti seçir. Şəhər bəşəriyyətin şıltaq övladıdır, bəzən öz yaradıcılarının layihələri və arzuları ilə saymazyana rəftar edir.

Şəhər, hərfi mənada, onun böyüməsilə artan problemlərlə “yoluxub”. Artıq küçələrə böyük nəqliyyat axınları sığmır. Mərkəz, böyümüş şəhərə xidmət etmək üçün çox kiçik olur. Əhali sürətlə artır. Mənzil, dükan, məktəb, kinoteatr tələb olunur. Onları tikmək üçün yer isə yoxdur. Buna görə də yeni yaşayış rayonları yaradılır, əlavə nəqliyyat marşrutları çəkilir, parklar salınır. Bununla belə şəhəri hansı istiqamətdə genişləndirməyin məqsədəuyğun olduğunu qərarlaşdırmaq lazımdır: maneələri - bataqlıqları, karxanaları, köhnə sənaye zonalarını necə dəf etməli?

Şəhərin əsas dəyərləri - onun tarixi abidələri, mədəni irsidir. Lakin şəhər muzey deyil, o yeni tikintilərə möhtacdır, həmçinin tarixi mərkəzlərdə də tikintilərə ehtiyacı var. Abidələrin mühafizəsini daimi yeniləşmə zərurətilə necə uyğunlaşdırmalı?

Gözəl o şəhərdir ki, ilk növbədə, təbiətlə harmoniyada yaşayır. Belə şəhərdə təbii landşaftın xüsusiyyətləri bacarıqla istifadə edilib: binalar və tikililər miqyasına görə təpələrin və sahillərin hündürlüyünə, çayın eninə uyğun gəlir. Lakin çox vaxt tikintilərin gedişində təbiət şəhərdən sıxışdırılıb çıxarılır; torpaq betona, asfalta, daşa buxovlanır. İnsan yadından çıxarır ki, təbiətin köməyi olmadan ən əsas şeyi - şəhərdə insan həyatı üçün sağlam və gözəl mühiti - yaratmaq mümkün deyil.

Похожие вопросы

0 голосов
1 ответ
спросил 12 Окт, 19 от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+1 голос
1 ответ
спросил 12 Окт, 19 от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+1 голос
1 ответ
спросил 12 Окт, 19 от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+2 голосов
1 ответ
спросил 18 Янв, 20 от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
+3 голосов
1 ответ
спросил 03 Янв от аноним в категории Şəhər, Ölkə, Coğrafiya
...