+2 səs
174 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Vahə nə deməkdir? 

4 Cavab

+1 səs
 
Səhralarda suyu, bitki örtüyü olan ərazi.
Vahənin əmələ gəlməsinə səbəb ərazidə ətraf rayonlara nisbətən rütubətin çox olmasıdır. Belə yerlərdə təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır. V.-lərin sahəsi bir neçə hektardan yüzlərlə hektara qədər olur. Vahələrdə də, vadilərdə olduğu kimi əhali yaşayır, kənd təsərrüfatı məhsulları yetişdirilir. Bəzi Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər becərilir. Lakin Afrika və Cənub-Qərbi Asiyadakı Vahələrin tipik bitkisi xurma ağacı hesab olunur.
+1 səs
səhralarda bitki örtüyü və su olan, habelə əhali yaşayan ərazi.
0 səs
Böyük səhra və ya çöl ortasında suyu və yaşıllığı olan sahə
0 səs
Səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2-ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır

Oxşar suallar

+1 səs
2 cavab
soruşub 24 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 13 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 23 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+2 səs
2 cavab
soruşub 21 Yanvarda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
4 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...