1. İnsanların kollektiv mülkiyyət əsasında istehsal vasitələrinə, digər əmlaka, eləcə də tam və ya qismən özünüidarəyə malik olduqları ənənəvi sosial təşkilatlanma forması.
İcmanın müxtəlif növləri (nəsli, qonşuluq, ailə və s.) insan cəmiyyətinin inkişafının erkən mərhələsində geniş yayılıb. Bir çox ölkələrdə icmalar hətta quldarlıq dövründə və feodalizmdə də mövcud olub. Kapitalizmin inkişafı ilə əlaqədar onlar tədricən dağılmağa başlayıb.
2. Ortaq inanclara, demoqrafik göstəricilərə və s. malik toplumlar; məs.: şəhər kommunaları, kənd cəmiyyətləri, dini və milli cəmiyyətlər və s.