Embarqo (is. embargo - qadağa qoymaq). Hər hansı ölkəyə müəyyən malların, yaxud valyutanın gətirilməsinə və ölkədən çıxarılmasına, elmi-texniki informasiyanın verilməsinə, müəyyən kommersiya və digər iqtisadi-ticarət fəaliyyətinə qadağa, yaxud məhdudiyyət qoyulması; beynəlxalq təcrübədə iqtisadi və maliyyə təzyiqi vasitəsi kimi tətbiq olunur. BMT Nizamnaməsinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurası BMT üzvü olan dövlətlərdən beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə törədən ölkəyə qarşı məcburi tədbir kimi Embarqo qoymağı tələb edə bilər.