0 səs
211 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Bizans - Konstantinopol - İstanbul

1 cavab var:

0 səs
 

Özünün minillik tarixi ərzində istanbul gah Bizans, gah da Konstantinopol adlanırdı. Bütün əsrlərdə o mühüm dünya hadisələrinin mərkəzində olmuşdur. 2 min ildən də çox bundan əvvəl bu şəhər (o vaxt Bizans adlanırdı) Roma döyüş legionları və ticarət qalera-larının yolunda dururdu. Bizim eranın IV əsrində ona qüdrətli Şərqi Roma (Bizans) imperiyasının mərkəzinə çevrilmək nəsib olmuşdu. Sonra o, 1204-1261-ci illərdə səlibçilərin yaratdığı Latın imperiyasının paytaxtı və nəhayət, 1453-cü ildən 1923-cü ilə qədər Osmanlı imperiyasının (Türkiyə) paytaxtı oldu.

Bu şəhərin divarları ərəb döyüşçülərinin, səlib yürüşçülərinin, türk yeniçərlərinin hücumlarının qabağını alırdı. Maarifçilər, xristianlığın təbliğçiləri, slavyan əlifbasının yaradıcıları Kirili və Mefodiy öz tarixi vəzifələrini yerinə yetirməyə buradan başlayıblar. İstanbulun coşqun, hadisələrlə zəngin taleyi onun çox əlverişli coğrafi mövqeyilə bağlıdır. Qara dəniz ilə Aralıq dənizini birləşdirən Bosfor boğazının sahillərində yerləşən bu şəhər xristian və müsəlman dünyaları sərhədində, çox mühüm ticarət və hərbi yolların kəsişməsində durur. Bura iki qitənin, iki mədəniyyətin qovuşduğu yerdir. Buna görə də onu çox vaxt Qərb və Şərq arasında "qızıl körpü" adlandırırlar.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 11 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...