+2 голосов
238 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

İzolyasionizm nədir?

2 Ответы

+1 голос
от
İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar.
+1 голос
от
ABŞ-ın xarici siyasətində və ictimai fikrində istiqamət; dövlət meydana gələndən mövcud olmuş, bu istiqamət ABŞ-ın Amerika qitəsindən kənarda aktiv fəaliyyət aparmaqdan imtinasını ifadə etmişdi.
Qərb yarımkürəsinin hüdudlarından kənarda yerləşən dövlətlərin işlərinə qarışmamaq prinsipi ABŞ-ın əsas konstitusiya aktı olan 1776 il istiqlal Bəyannaməsində öz əksini tapıb. C.Vaşinqton (Vaşinqton Corc) və  T.Cefferson ABŞ-ın Avropa işlərinə cəlb olunmasına qarşı çıxırdılar. Sonra-lar Latın Amerikasında nüfuz üstündə ABŞ ilə Avropa dövlətləri arasında mübarizə kəskinləşdiyi dövrdə izolyasionizm ideyası müəyyən dərəcədə «Monro doktri-nasıxnda öz əksini tapdı.
Avropa işlərinə qarışmamaq prinsipi 1915 ilədək ABŞ-ın xarici siyasətinə təsir göstərsə də, heç vaxt ardıcıllıqla aparılmayıb; ABŞ-ın Birinci dünya müharibəsinə qoşulmasından sonra, eləcə də müharibədən sonrakı dövrdə bu ölkənin xarici siyasətində ekspansionizmi gücləndirməyə doğru dönüş baş vermişdir. Həm də i. ideyas bir sıra hallarda xarici siyasət xəttinə müəyyən təsir göstərməkdə davam edirdi, izolyasionizm tərəfdarlarının səyi nəticəsində ABŞ senatı prezident V.Vİlsonun (Vil-son Vudro) Almaniya ilə imzaladığı 1919 il Versal sülh müqaviləsini təsdiq etmədi, ikinci dünya müharibəsi ərəfəsində izolyasionistlər Avropa məsələlərində ABŞ-ın fəal iştirakına qarşı çıxmaqla, faktiki olaraq faşist təcavüzkarları əleyhinə mübarizə aparılmamasını tələb edirdilər. Amerika Senatının 1935-1937 illərdə qəbul etdiyi qanunlara əsasən, müharibə aparan dövlətlərə silah satılmasına, kredit və borclar verilməsinə, eləcə də onların yüklərinin ABŞ hökumətinə və ya ABŞ vətəndaşlarına məxsus gəmilərlə daşınmasına qadağa qoyulurdu.
ABŞ müharibəyə qoşulandan sonra izolyasionistlər ikinci dünya müharibəsində ikinci cəbhənin açılmasına əngəl törədir, antihitler koalisiyasının möhkəmlənməsinə müxtəlif vasitələrlə mane olurdular.
Müharibədən sonrakı dövrdə izolyasionizm əhəmiyyətini itirdi. ABŞ BMT-yə (1945) və NATO-ya daxil oldu. NATO - dinc dövrdə ABŞ-ın Avropa dövlətləri ilə təsis etdiyi ilk hərbi-siyasi blok ıdı.

Похожие вопросы

+3 голосов
1 ответ
спросил 13 Фев от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
4 ответов
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
2 ответов
спросил 18 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 17 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...