+1 səs
139 baxış
Tibb, Sağlamlıq bölməsində

Vazoqrel dərmanı 

1 cavab var:

0 səs
Trombositlərin aqreqasiyasının ingibitorudur. Klopidoqrelin aktiv metaboliti seçici olaraq ADF-in trombositlərin P2Y12 reseptorları ilə birləşməsini və qlikoprotein IIb/IIIa kompleksinin ADF-lə əlaqəli aktivləşməsini ləngidir ki, bu da trombositlərin aqreqasiyasının qarşısını alır. Geri dönməyən əlaqənin hesabına trombositlər həyatının qalan günlərində (təqribən 7-10 gün) ADF stimulyasiyasına qarşı qeyri-həssas qalır, trombositlərin normal funksiyasının bərpası isə trombositlərin yenilənmə sürətinə müvafiq olaraq baş verir. Aktiv metabolitin əmələ gəlməsi Р450 sisteminin izofermentlərinin iştirakı ilə baş verir. Klopidoqrel istənilən lokalizasiyalı aterosklerotik damar, xüsusilə serebral, koronar və ya periferik arteriya zədələnmələrində meydana çıxan aterotrombozun qarşısını alır. Klopidoqrelin 75 mq dozadan gündəlik qəbulu zamanı qəbulun ilk günündən ADF-induksiyalı trombosit aqreqasiyasının zəifləməsi baş verir, bu da tədricən 3-7 gün müddətində güclənir və sonra daimi səviyyəyə çatır (tarazlıq vəziyyəti əldə olunduqda). Tarazlıq vəziyyətində trombositlərin aqreqasiyası orta hesabla 40-60% azalır. Klopidoqrelin qəbulunu dayandırdıqdan sonra trombositlərin aqreqasiyası və qanaxma müddəti orta hesabla 5 gün müddətində başlanğıc vəziyyətə qayıdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...