+2 голосов
128 просмотров
от в категории Tibb, Sağlamlıq

Volkan dərmanı 

1 Ответ

0 голосов
от
Cırtdan palma 5-alfa-reduktazanın qeyri-konkurent inhibitorudur. Testosteronun dehidrotestosterona çevrilməsini pozur. Bununla da prostat vəzin hiperplaziyasının qarşısını alır. Cırtdan palma aromataza fermentini inhibə edir, testosteron və androstendionun estrogenlərə konversasiyası azalır. Həmçinin cırtdan palma fosfolipaza A-2 fermentinin aktivliyini və araxidon turşusunun xaric olmasını inhibə edərək iltihabəleyhinə təsir göstərir, damar keçiriciliyini və prostat vəzi toxumasında ödemi azaldır. Eyni zamanda prostoqlandinlərin və leykotrienlərin yerli sintezi də tormozlanaraq iltihabəleyhinə effekt əldə olunur. Cırtdan palma testosteronun səviyyəsini və spermanın sintezini yaxşılaşdırır. Müntəzəm istifadəsi zamanı hormonal sistemin fəaliyyəti stimullaşır, potensiya və libido artır. Sidik-cinsiyyət yollarının xroniki infeksiyalarında cırtdan palma urodinamikanı yaxşılaşdırır, sidik kisəsinin iltihabı , xroniki prostatit, uretritdə müşahidə olunan sidik ifrazı zamanı göynəmə kimi dizurik əlamətləri aradan qaldırır. Balqabaq toxumunun yağının tərkibində vitamin E, A, sterol, skvalen, doymamış yağ turşuları, koenzim Q, mikroelementlər və selen vardır. Urodinamikanı yaxşılaşdırır, dizurik simptomları aradan qaldırır, iltihabəleyhinə təsir göstərir, kişilərdə cinsi aktivliyi artırır, spermatozoidlərin hərəkətliliyini artırır, prostat vəzinin sekretinə lazımi özlülük verir. Afrika gavalısı qabığının ekstraktı b-FGF (fibroblastların əsas inkişaf faktoru) ilə stimullaşan fibroblastlara antiproliferativ təsir göstərir. Bundan əlavə lipoid-sterin fraksiyası prostat vəzinin asinuslarının vəzi epitelisinin regenerasiyasını stimullaşdırır, bu isə öz növbəsində asinusların drenaj olunmasını yaxşılaşdırır. Afrika gavalısı iltihabəleyhinə təsir göstərir, detruzorun yığılmasını və elastikliyini yaxşılaşdırır, damar keçiriciliyini tormozlayır - ödem əleyhinə təsir edir. Sidiyəgetməni normallaşdırır, qalıq sidiyin həcmini azaldır. Ayı qulağı ekstraktı flavonoidlər, arbutin və efir yağlarından ibarət olub, sidikqovucu və bakterisid təsir göstərir. Sink testosteronu dehidrotestosterona çevirən fermentlərin aktivliyini azaldır . İmmun sistemi gücləndirir, xolesterinin damar divarına çökməsini azaldır və orqanizmdə regenerativ prosesləri sürətləndirir. Vitamin B6 hormonların ,neyromediatorların sintezində, maddələr mübadiləsində iştrak edir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...