+2 səs
78 baxış
Tibb, Sağlamlıq bölməsində

Vi̇feron dərmanı 

1 cavab var:

0 səs
İnsan rekombinant interferon alfa-2b immunmodulləedici, virusəleyhinə, antiproliferativ xüsusiyyətə malikdir. İnterferonun makrofaqların faqositar aktivliyini gücləndirməsi, hədəf-hüceyrələrə qarşı limfositlərin spesifik sitotoksiksikliyini artırması kimi immunmodulləedici xüsusiyyəti onun ifadə olunmuş antibakterial aktivliyini şərtləndirir. Askorbin turşusunun və alfa-tokoferolun olduğu mühitdə interferonun virusəleyhinə spesifik aktivliyi yüksəlir, onun immunomodulləedici təsiri güclənir, bu isə orqanizmin patogen mikroorqanizmlərə qarşı fərdi immun cavabın effektivliyinin artırılmasına imkan verir. Preparatın istifadəsi zamanı A sinfi sekretor immunoqlobulinlərin səviyyəsi yüksəlir, E immunoqlobulinin səviyyəsi normalaşır, interferonun endogen sisteminin fəaliyyətinin bərpası baş verir. Askorbin turşusu və alfa-tokoferol asetat yüksək aktiv antioksidant olaraq, iltihabəleyhinə, membranstabilləşdirici, həmçinin regenerasiyaedici xüsusiyyətə malikdir. Müəyyən edilmişdir ki, Viferonun istifadəsi zamanı, interferon preparatlarının parenteral yeridilməsi zamanı yaranan əlavə təsirlər olmur, interferonun virusəleyhinə aktivliyini neytrallaşdıran antitellər əmələ gəlmir. Preparatın istifadəsi antibakterial və hormonal dərman vasitələrinin terapevtik dozalarını azaltmağa, həmçinin göstərilən terapiyanın toksiki effektlərini azaltmağa imkan verir. Kakao yağının tərkibində olan fosfolipidlər istehsalatda sintetik toksik emulqatorlardan istifadə olunmamasına imkan yaradır, yarımdoymamış yağ turşularının olması isə preparatın yeridilməsini və həll olmasını asanlaşdırır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...