+2 səs
110 baxış
Tibb, Sağlamlıq bölməsində

Vi̇voraks dərmanı 

1 cavab var:

0 səs
Vivoraks virus əleyhinə preparatdır. Asiklovir quaninin atsiklik analoqudur. Asiklovir virusla yoluxmuş hüceyrələrdə timidinkinazanın təsiri ilə asiklovir-trifosfata çevrilir. Sonuncu virus DNT-polimerazasının təsiri ilə yeni viruslar üçün sintez olunan DNT-da dezoksiquanozin-trifosfatı konkurent olaraq əvəzləyir. Beləliklə qüsurlu virus DNT-su sintez olunur ki, bu da virusların yeni nəslinin replikasiyasının qarşısını alır. I və II tip sadə herpes virusları (Herpes simplex), kəmərləyici dəmrov virusu (Varicella zoster) və Epşteyn-Barr virusu asiklovirə qarşı yüksək həssaslığa malikdir. Sitomeqalovirus isə asiklovirə qarşı az həssasdır. Vivoraks herpes zamanı yeni səpgi elementlərinin əmələ gəlməsinin qarşısini alır, prosesin yayılma ehtimalını azaldır, qartmağın əmələ gəlməsini sürətləndirir. Kəmərləyicə dəmrovun kəskin fazasında ağrının azalmasına səbəb olur. dozanın 20%-i sorulur. Qanda maksimal konsentrasiya preparatın qəbulundan 1.5-2 saat sonra yaranır. Plazma zülalları ilə 9-13% birləşir. Orqanizmin bütün toxuma və mayelərinə nüfuz edir. Hematoensefalik baryeri keçir. Orqanizmdən sidiklə dəyişilməmiş formada və metabolitlər şəklində (10-15%) xaric olur. Yarımparçalanma dövrü 3 saatdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...