0 голосов
144 просмотров
от в категории Şəhər, Ölkə, Coğrafiya

Beynəlxalq birliklər

1 Ответ

0 голосов
от

Dünyada dövlətlərarası təşkilatlar da mövcuddur. Dövlətlərin böyük əksəriyyəti Birləşmiş Millətlər Təşkilatına (BMT) daxildir və oraya minlərlə, milyonlarla, hətta milyardlarla insanın həyatına toxunan mürəkkəb məsələləri müzakirə və həll etmək üçün öz nümayəndələrini göndərirlər. Bu təşkilat üzərlərinə ağır fəlakətlər düşən - qıtlığa, aclığa, epidemiyalara, hərbi təcavüzə və ya ekoloji böhrana məruz qalan ölkələrin sakinlərinə kömək göstərən şuralar və komissiyalar yaradır. O, ölkələr arasında ədalətli münasibətləri müəyyənləşdirən qərarlar qəbul edir. BMT-nin bu və ya digər münaqişəyə səbəb olan fəaliyyət göstərmiş dövlətə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etmək hüququ var. Onda bu dövlət digər dövlətlərdən təcrid olunur ki, bu da əhali üçün olduqca sərfəsizdir.

BMT-nin nizamnaməsini yerinə yetirməyən ölkə bu təşkilatın üzvü ola bilməz. BMT-yə qəbul olmaq üçün bəzi dövlətlər insan haqlarına riayət olunmasını dövlət hakimiyyətinin vəzifəsi kimi də təsdiq edərək öz daxili və xarici siyasətini dəyişməli idilər. Məsələn, 100-dən çox müstəqillik almış Afrika ölkəsi bu təşkilata üzv olmaq üçün öz konstitusiyalarına BMT-nin tələblərinə uyğun düzəlişlər etməli idi. 300 ildən çoxdur ki, heç bir hərbi əməliyyatlarda iştirak etməyən İsveçrə BMT-yə daxil olmur. Bu nüfuzlu Avropa dövləti özünün bitərəfliyinə zidd hesab edərək, BMT-yə üzv olmağı mümkün saymır. Vatikan da BMT-nin üzvü deyil. Vatikan hər hansı bir dövlətə qarşı sanksiyalarda iştirak etmək istəmir, çünki bu halda o, sanki, həmin ölkələrdə yaşayan katoliklərə qarşı çıxış etmiş olar.Dövlətlər öz birliklərini “maraqlarına görə”, məsələn, neft ixrac edən ölkələr təşkilatı (OPEK) və ya regional prinsiplər əsasında Sakit okean ölkələri assosiasiyası və s. yaradırlar. Bəzi ölkələr - adətən güclü iqtisadi potensialı eyni vaxtda bir sıra sahələrdə fəal işləməyə imkan verən dünyanın aparıcı dövlətləri (ABŞ, Yaponiya, Almaniya, Rusiya və s.) eyni vaxtda bir neçə beynəlxalq birlikdə iştirak edirlər.

Benilüks adlanan üç Avropa ölkəsinin - Belçika, Niderland və Lüksemburqun gömrük-iqtisadi ittifaqının təcrübəsi çox maraqlıdır. 1957-ci ildə Benilüks, İtaliya, Fransa və AFR birlikdə Avropa İqtisadi Birliyi (AİB) təşkilatını yaratdılar. Sonradan bu təşkilata yeni üzvlər qoşuldu və AİB 1992-ci ildə Avropa Birliyi (AB) adlandı.

Avropa əməkdaşlığı demokratiya, insan haqları və qanunun aliliyi prinsipləri əsasında inkişaf edir. 2007-ci ildə, AB-nin 50 illiyi dövründə artıq təşkilatın üzvlərinin sayı 27-yə çatmışdır. Bunlardan da 13-ü öz ərazisində vahid valyuta - avro tətbiq etmişdir. Şengen vizası isə vahid bazarın yaranmasına və inkişafına şərait yaratmışdır. Birlik daxilində əhali, mal və kapital sərbəst hərəkət edir ki, bu da iqtisadi və siyasi tərəqqiyə şərait yaradır. AB-nin bayrağında göy rəngin fonunda dairəvi şəkildə 12 qızıl ulduz çəkilmişdir. İlin 12 ayı, saatın 12 bölgüsü olduğu kimi, ulduzlar da ölkələr arasında bərabərlik və vahidlik rəmzini bildirir.

Похожие вопросы

0 голосов
1 ответ
+1 голос
1 ответ
спросил 25 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 25 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 голосов
1 ответ
...