+1 səs
140 baxış
Tibb, Sağlamlıq bölməsində

Zeflavon dərmanı 

1 cavab var:

0 səs
1. Soya izoflavanoidləri orqanizmdə fitoesterogenlərə, yəni bitki mənşəli esterogenlərə çevrilir. Bu da aşağıdakı hallarda istifadə olunur. a). Orta yaşlı qadınlarda esterogenlərin miqdarı normadan çox olduğu hallarda - bu zaman qadınlarda mastopatiyalar, süd vəzisi xərçəngi və fibromiomalar əmələ gəlir. İzoflavonoidlər orqanizmdə esterogen reseptorları ilə birləşir, esterogen hormonunun təsirini blokada edir və beləliklə də yuxarıda sadalanan xəstəliklərin inkişafının qarşısını alır. İzoflavonoidlər, eləcə də, yumurtalıqlardan esterogen ifrazını normallaşdırır. b). Qadın orqanizmində esterogenlərin miqdarı kəskin aşağı düşdükdə - klimaks zamanı izoflavonoidlər təbii məhsullardır və qadın orqanizminə heç bir zərər vermədən esterogen çatışmazlığının yerini doldurur və klimaks zamanı meydana çıxan simptomları - bədənə istilik və soyuqluq hissinin gəlməsi, yuxu pozğunluğu, oyanıqlıq, yorğunluq, yaddaşsızlıq, depressiya, əzələ və oynaq ağrıları və s. aradan götürür. 2. Bədxassəli şişlərin inkişafını ləngidir. 3. Osteogenezi stimullaşdırır, orqanizmdən kalsium itkisini azaldır. 4. Damarlarda aterosklerotik pərdələrin əmələ gəlməsini tormozlayır, qanda xolesterinin miqdarını azaldır, tromb əmələ gəlməni ləngidir. 5. Qanda qlükozanın miqdarını azaldır. 6. Güclü antioksidantdır. 7. Spermatogenezi stimullaşdırır, xaya və prostat vəzin hüceyrə - toxuma strukturunu və funksiyalarını bərpa edir. 8. Kalsium sümük yumşalmasının qarşısını almaqla ətraflardakı və onurğadakı ağrıları yox edir. 9. İzoflavonoidlər dərini cavanlaşdırır, elastikliyini artırır, gözəlləşdirir. 10. Qadınlarda libidonu artırır, uşaqlıq yolunun epitelini möhkəmləndirir, əzələlərini tonuslandırır və normal cinsi aktı təmin edir. 11. Qadınlarda hormonal statusu normallaşdırır. 12. İmmun sistemi möhkəmlədir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...