Nootrop, psixomotor stimulyator, anti-hipoksik və antiaqreqant təsir göstərir. Zegink - beyin qan dövranını yaxşılaşdırır, işemik zonada qan dövranını gücləndirir, energetik prosesləri sürətləndirir, sinir hüceyrələrinin hipoksiyaya davamlılığını artırır, damarlarda spazmı aradan götürür. Kapillyarların keçiriciliyini azaldır, mikrosirkulyasıyanı yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərini normaya salır, tromb əmələ gəlməni ləngidir, ödemlərin yaranmasının qarşısını alır. Hüceyrələrdə maddələr mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.