+1 голос
116 просмотров
от в категории Tibb, Sağlamlıq

Zekarni̇t dərmanı 

1 Ответ

0 гол-в
от
L-karnitin hüceyrə metabolizminin mühüm requlyatorlarından biridir. O, yağların hüceyrə daxilində yanmasını təmin edir və nəticədə ATF formasında enerji yaranır. L-karnitin yağların yanmasını 30-40% artırır, toksiki maddələri hüceyrədən çıxarır və hüceyrə mübadiləsini optimallaşdırır. Yağ turşuları L-karnitin olmadan mitoxondriyə keçə bilmir və beləliklə də, oksidləşmə prosesləri getmir və enerji yaranmır. L-karnitin lizin və metionin aminturşularından sintez olunur. İnsan gün ərzində qida ilə 50-100 mq L-karnitin qəbul edir, amma bu təlabatı tam ödəmir, buna görə də L-karnitin preparat şəklində qəbul edilməlidir. L-karnitin bütün mübadilə proseslərini yaxşılaşdırır, ürək əzələsinin yığılma qabiliyyətini artırır, qaraciyərdə lesitin sintezini stimullaşdırır, xolesterinin hüceyrələr tərəfindən mənimsənilməsini sürətləndirir, sinir keçiriciliyini yaxşılaşdırır, mielin qişanı zədələyici təsirlərdən qoruyur, işemik zonada metabolizmi bərpa edir, qlükozanın toxumalarda mənimsənilməsini yaxşılaşdırır, T-supressorların fəaliyyətini artırır, spermatogenezi stimullaşdırır və güclü antioksidantdır.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...