1) Qlükozamin sulfat - qığırdaq toxumasının dağılma proseslərini ləngidir, bərpa proseslərini stimullaşdırır, iltihab əleyhinə, ağrıkəsici təsir göstərir və oynaqdaxili mayenin sintezini yaxşılaşdırır. Qlükozamin-sulfat proteoqlikanlar və hialuron turşusunun sintezində iştirak edir ki, bunlar da oynaq qığırdağının və kollogenin sintezi üçün vacib komponentlərdir. 2) Xondriotin sulfat - qığırdaq toxumasının regenerasiyası üçün lazım olan proteoqlikanların və hialuron turşusunun sintezində iştirak edir. 3) MSM (metilsulfanilmetan) - orqanizmdə kükürdün bioaktiv formasıdır, metionin və sistein amin turşularının sintezini təmin edir, bunlar da öz növbəsində birləşdirici toxumanı formalaşdıran zülalları sintez edirlər. İltihab əleyhinə və ağrıkəsici təsirləri vardır. - Qığırdaq toxumasının xarici amillərin təsirinə qarşı davamlılığını artırır. - Qığırdaq toxumasını dağıdan fermentlərin fəallığını azaldır. - Oynaq və sümük ağrılarını azaldır və yox edir. - Qığırdaq toxumasını və oynaq mayesini bərpa edir. - Oynaqların hərəkililiyini yaxşılaşdırır. - İltihab mediatorlarının sintezini dayandırır.