+1 голос
128 просмотров
от в категории Tibb, Sağlamlıq

Zi̇nares dərmanı 

1 Ответ

0 голосов
от
Hər kapsulun tərkibində aktiv maddə kimi 500 mq azitromisin vardır. Köməkçi maddələr: Jelatinləşdirilmiş nişasta, laktoza Lactopress, maqnezium stearat və natrium laurilsulfat.
Zinares ya yeməkdən 1 saat qabaq, ya da 2 saat sonra qəbul etmək lazımdır. Preparat sutkada 1 dəfə qəbul edilir. Böyüklərə: yuxarı və aşağı tənəffüs yollarının infeksiyalarında, dəri və yumşaq toxuma infeksiyalarında sutkada 500 mq -dan 3 gün ərzində təyin edilir (kurs dozası 1,5 qr). Ağırlaşmamış uretrit və yaxud servisit zamanı birdəfəlik olaraq 1 qr təyin edilir (2 kaps). Laym xəstəliyi zamanı ilkin mərhələnin müalicəsi üçün 1-ci gün 1 qr, sonrakı 2-5-ci günlər isə 500 mq olmaq şərti ilə təyin edilir (kurs dozası 3 qr). Mədə və 12-barmaq bağırsağın Helicobacterpylori ilə əlaqədar olan xəstəlikləri zamanı sutkada 1 qr olmaq şərti ilə 3 sutka ərzində kombinə olunmuş müalicənin tərkibində təyin edilir. Uşaqlara: preparat 10 mq/kq dozada, sutkada 1 dəfə olmaq şərti ilə 3 gün ərzində verilir. Erithema migrans-m müalicəsi zamanı uşaqlara 1-ci gün 20 mq/kq dozada, sonrakı 4 gün ərzində isə 10 mq/kq dozada təyin edilir. Preparatın hər hansı dozasını qəbul etmədiyi hallarda xəstə həmin dozanı mümkün qədər erkən, sonrakı dozalan isə 24 saatlıq fasilələrlə qəbul etməlidir.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...