+1 səs
137 baxış
Tibb, Sağlamlıq bölməsində

Ultrasi̇zi̇n dərmanı 

1 cavab var:

0 səs
hipoksiyaəleyhinə, nootrop, damargenişləndirici. Ultrasizinin tərkibinə daxil olan Pirasetam – noontrop vasitədir, qamma amino yağ turşusunun (QAYT) törəməsi olub, aşağıdakı effektləri verir: Baş beyində metabolizmi aktivləşdirir Zülal və enerji mübadiləsini aktivləşdirir Hüceyrələr tərəfindən qlükozanın utilizasiyasını( yanmasını) aktivləşdirir, süd turşusu əmələgətirmədən qlukozanın anaerob metabolizmini yaxşılaşdırır və onların hipoksiyaya dözümlülüyünü artırır. MSS neyronlar arası ötürməni yaxşılaşdırır İşemiya şəraitində qıcıqlandırıcı neyromediatorların ifrazını azaldır İşemiyalaşmış zonada yerli qan dövranını yaxşılaşdırır. Aqreqasiya əleyhinə təsir göstərir, eritrosit və trombositlərin adqeziyasını azaldır, eritrositlərin membranasının elastikliyini artırır,qanın qatılığını azaldır və müəyyən qədər beyin damarlarının spazmını azaldır. Ultrasizinin tərkibinə daxil olan Sinnarizin - selektiv kalsium kanallarının ləng blokatorudur. Aşağıdakı effektləri verir: Kalsium ionlarının hüceyrəyə daxil olmasını inhibə edir,plazmolemmalrarın deposunda onların miqdarını azaldır. Arteriolların saya əzələlərinin tonusunu azaldır Damardaraldıcı biogen maddələrə qarşı reaksiyanı zəiflədir. (epinefrin, norepinefrin, dofamin, anqiotenzin, vasopressin). Mülayim antihistamin aktivlik göstərir Vestubulyar apparatın oyanıqlığını azaldır Simpatik sinir sisteminin tonusunu azaldır Qanın qatılığını azaldır. Bundan başqa sinnarizin xüsusəndə baş beyin damarlarına damargenəldici təsir göstərərək, pirasetamın hipoksiyaəleyhinə təsirini gücləndirir. Arterial təzyiqə təsir göstərmir. Hər iki komponent hipoksiya əleyhinə və beyin damar müqavimətinin zəifləməsinə təsir göstərir, bir - birilərinin təsirini artırırlar. Həkim pirаsеtаmı və еyni zаmаndа sinnаrizini təyin etmək əvəzinə Ultrasizindən istifаdə еtmək dаhа rаhаtdır – iki kаpsul əvəzinə bir kаpsul qəbul еtmək tələb оlunur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...