+1 səs
600 baxış
Tibb, Sağlamlıq bölməsində

Uroval manosa dərmanı 

1 cavab var:

0 səs
Uroval manosa kombinasiyaedilmiş bitki mənşəli preparatdır. Uroseptik, iltihab əleyhinə, diuretik, bərpaedici təsirə malikdir. Digər uroseptiklərlə birlikdə istifadə edildikdə Uroval manosa onların bakterisid təsirini yüksəldir və müalicənin effektivliyini artırır. Uroval manosanı uzun müddət qəbul etmək olar. D-mannoza (kimyəvi maddə) D-mannoza – prebiotikdir, bəzi meyvə növlərində çox az miqdarda olan qeyri-tipik konfiqurasiyalı monosaxariddir. Yüksək dozalarda qəbul olunduqda həzm sisteminin yuxarı hissəsindən sorularaq birbaşa qan dövranına düşür və sidik yolları vasitəsilə orqanizmdən xaric olur. Karbohidratların son parçalanma məhsulu olduğundan metabolizmə uğramır, sidik vasitəsilə eliminasiya olunarkən burada xəstəlik törədən bakteriyaların (həmçinin E.coli) adgezinlərini bürüyərək selikli qişadan ayırır və onların sidik vasitəsi ilə yuyulub çıxarılmasıni təmin edir. Vaccinium macrocarpon (Kanada mərcanı) Vaccinium macrocarpon (Kanada mərcanı) ekstraktının tərkibi proantosianidlər (PAC) – 36 mq, vitaminlər, bioflavonoidlər, bioloji aktiv maddələr (Ellaq turşusu, taninlər və s.) və digər təbii maddələrlə zəngindir. Bu maddələrin sidik orqanlarına müsbət təsiri təsdiqlənmişdir. Beləki, Vaccinium macrocarponun tərkibindəki proantosianidlər D-mannoza ilə birgə mikrobun 95% adgezinlərini blokada edərək orqanizmdən xaric edir. İltihab əleyhinə təsir göstərir. Bərpa edici təsir nəticəsində sidik yollarının zədələnmiş selikli qişasını regenerasiya edir. Tərkibindəki flavonoidlər diuretik təsir göstərərək mikrobun sidik yollarından yuyulmasını təmin edir. Bioloji aktiv maddələr (ELLAQ turşusu, taninlər və s.) SYİX zamanı sidiyin pozulmuş pH-nı normallaşdırır, mikrobların yaşaması və çoxalması üçün qeyri-əlverişli şərait yaradır, sidiyın parçalanmasını azaldır və bununla da xoşagəlməz qoxunun əmələ gəlməsinin qarşısını alır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...