+1 👍
155 👀
Tibb, Sağlamlıq

Utrogestan 100 mq dərmanı 

1 Ответ

0 👍
Gestagen sarı cismin hormonudur. Hədəf-orqan hüceyrələrinin səthindəki reseptorlarla birləşərək nüvəyə daxil olur, DNT-ni aktivləşdirərək RNT-nin sintezini stimulə edir. Uşaqlığın selikli qişasının follikulyar hormon tərəfind ən təmin edilən proliferasiya fazasından sekretor fazaya, mayalanmadan sonra isə mayalanmış yumurtahüceyrənin inkişafı üçün lazım olan vəziyyətə keçməsinə şərait yaradır. Uşaqlığın və uşaqlıq borularının əzələ qatının oyanıqlığını və yığılma qabiliyyətini zəiflədir. Proteinlipazanı stimulə edir, yağ ehtiyatlarını artırır, bazalı və stimuləedilmiş insulinin konsentrasiyasını yüksəltməklə qlükozanın sərf edilməsini artırır, qaraciyərdə qlikogenin toplanmasına şərait yaradır, hipofizin qanadotrop hormonlarının hasilatını artırır, azotemiyanı azaldır, azotun sidiklə xaric olmasını artırır. Süd vəzisində asinusların sekretor hissələrinin inkişafını aktivləşdirir və laktasiyanı induksiya edir. Normal endometriumun əmələ gəlməsinə şərait yaradır

Похожие вопросы

+1 👍
1
+1 👍
1
+1 👍
1
...