+2 səs
139 baxış
Tibb, Sağlamlıq bölməsində

Terji̇nan dərmanı 

1 cavab var:

0 səs
Ginekologiyada yerli istifadə üçün kombinə olunmuş preparatdır. Antibakterial, antiprotozoy, göbələk və iltihab əleyhinə təsir göstərir, uşaqlıq yolunun selikli qişasını qoruyur və pH – ın stabilliyini təmin edir. Ternidazol – imidazol törəmələrinə aid olan antibakterial vasitədir. Erqosterolun ( hüceyrə membranının əsas tərkib hissəsi) sintezini azaldaraq və membranın quruluş və xüsusiyyətlərini dəyişir. Trixomonasid təsir göstərir, eyni zamanda anaerob bakteriyalara qarşı, xüsusilə Qardnerella vaginalis-ə qarşı aktivdir. Neomisin sulfat – aminoqlikozidlər qrupuna daxil olan geniş təsir spektorlu antibiotikdir. Qrammüsbət (Staphylococcus spp., Streptococcus pneumoniae) və qrammənfi (Escherichia coli, Shigella flexneri spp., Shigella dysenteria spp., Shigella boydii spp., Shigella sonnei spp., proteus spp.) bakteriyalara bakterisid təsir göstərir. Streptococcus spp.-a qarşı az təsirlidir. Mikroorqanizmlər tərəfindən preparata qarşı davamlılıq tədricən və az dərəcədə yaranır. Nistatin – polien qrupuna aid olan antibiotikdir, Candida cinsindən olan maya gəbələklərinə qarşı yüksək aktivliyə malikdir, hüceyrə membranının keçiriciliyini dəyişir və inkişafını ləngidir. Prednizolon – hidrokortizonun dehidratlaşdırılmış analoqudur. Nəzərəçarpan iltihabəleyhinə, antiallergik və antiekssudativ təsir göstərir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...