100 ml məhluida vardır: Benzidamin hidroxlorid - 150 mq. Köməkçi maddələr: nipagin, mentol, natrium saxarinat, natrium bikarbonat, qliserin, etanol 96%, rəngləyici, distillə suyu.
Qeyri steroid iltihab əleyhinə preparatdır. İltihab əleyhinə və ağrıkəsici təsir göstərir. Təsir mexanizmi hüceyrə membranını möhkəmləndirmək, tsiklooksigenaza fermentini inhibasiya edib, prostaqlandinlərin sintezini pozmaqla bağlıdır. Preparatın ağrıkəsici effekti daha çox iltihabla bağlı ağrılarda müşahidə olunur. Aspirinəbənzər preparatlarla kombinə olunmuş şəkildə istifadə etdikdə qızdırmasalıcı təsir də göstərir.