Pentoksifillin eritrositlərin membranını stabilləşdirir; trombositlərin aqreqasiyasını azaldır və eritrositlərin adgeziyasını gücləndirir; özlülüyü və plazmanın fibrinogen konsentrasiyasını azaldır, müsbət inotrop və xronotrop təsirilə bir qədər ürək döyünmələrinin sayını artırır və damar müqavimətini azaldır. Hemorragik və hemodinamik təsiri nəticəsində bu kompleks qan dövranını və mikrosirkulyasiyanı yaxşılaşdırır, bununla da zədələnmiş toxumaların oksigenlə təchizatını nəzərəçarpacaq qədər artırır. Məsləhət olunan dozalarda hemostaza və qanın axınına nəzərəçarpacaq təsir göstərmir.