+1 səs
1,100 baxış
Tibb, Sağlamlıq bölməsində

Trival dərmanı 

1 cavab var:

0 səs
Pişikotu kökü (Valeriana officinalis). Sakitləşdirici təsir edir, həyəcanı, qıcıqlanmanı, həddən çox sinir oyanıqlığını azaldır. Pişikotu kökünə monoterpen, seskviterterpen və daha az uçucu valerian turşusu, qamma-amin yağ turşusu (QAYT), qlutamin və arginindən ibarət efir yağı daxildir. Yorğunluq nəticəsində yaranan yuxusuzluq zamanı yuxunun normallaşmasına səbəb olur. Preparatın sakitləşdirici effekti stabil olaraq qalır. Ödqovucu təsir edir, MBT – nın (mədə-bağırsaq traktının) sekretor aktivliyini gücləndirir. Valerian turşusu və valepotriatlar spazmolitik təsirə malikdir. Pişikotu kökünə daxil olan bioloji aktiv maddələr ürək ritmini ləngidir, koronar damarları genişləndirir. Ballı nanə (Melissa officinalis). Bitki mənşəli vasitədir, sakitləşdirici təsir edir. Ballı nanə həmçinin ürək yığılmalarının sayını azaldır, arterial təzyiqi aşağı salır. Qonaqotu (Passiflora incarnata). Qonaqotunun tərkibinə daxil olan aktiv maddələr emosional-psixoloji vəziyyəti normallaşdırır, antipsixotik (aqressivliyi, qorxu hissini azaldır), antinevrotik təsir edir, orqanizmin adaptasiya – uyğunlaşma qabiliyyətini artırır. Emosional- davranış reaksiyaları və öyrənmə prosesi üçün mühüm olan baş beynin qlutamatergik, dofaminergik və serotoninergik sisteminin işini tənzimləyir, modulə edir. Piridoksin hidroxlorid (Vitamin В6). Piridoksin hidroxlorid (vitamin В6) maddələr mübadiləsində iştirak edir; mərkəzi və periferik sinir sisteminin normal fəaliyyət göstərməsi üçün vacibdir. Triptofanın, metioninin, sisteinin, qlutamin və digər amin turşuların mübadiləsində iştirak edir. Normal lipid mübadiləsinə səbəb olur. Preparat diurezi artırır, diuretiklərin effektivliyini gücləndirir. Maqnezium sitrat. Maqnezium həyati vacib element olub, orqanizmin bütün toxumalarında rast gəlinir, əksər mübadilə reaksiyalarında iştirak edərək, hüceyrələrin normal fəaliyyəti üçün vacibdir. Daha çox sinir impulslarının ötürülməsini, əzələ yığılmalarını tənzimləyir. Maqnezium çatmazlığı sinir-əzələ ötürücülüyünün pozulmasında (əzələ zəifliyi, titrəməsi, spazmı, qıcolmalar), psixi pozuntular (yuxu pozğunluğu, əsəbilik, həyəcan vəziyyəti), ürət ritminin pozulması ( ekstrasistoliyalar, taxikardiya) və MBT şikayətləri ( ağrı, diareya, spazm, meteorizm) şəklində özünü göstərir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
0 cavab
0 səs
0 cavab
soruşub 07 İyunda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...