+1 səs
133 baxış
Tibb, Sağlamlıq bölməsində

Tri̇kardi̇n dərmanı 

1 cavab var:

0 səs
Trikardin bitki mənşəli kombinə olunmuş preparatdır. Təsir göstərən bioloji aktiv maddələr - valepotriat, valerian turşusu, iridoidlər, flavanoidlər, prosianidlər, qlikozidlər və efir yağlarıdır. Valerian: Valerian turşusu və valepotriat sedativ və spazmolitik təsir göstərir. Valeriana oyanma ilə tormozlanma arasında pozulmuş tarazlığı bərpa edir (mss oyanma prosesini zəiflədir). Qan damarlarında, bağırsaqda spazmı götürür, koronar damarları genişləndirir, sinirdə oyanmanı azaldır. Valerian trankvilizatorlar kimi təsir edərək mss-də oyanmanı azaldır. Koronar qan dövranını yaxşılaşdırır, sinir sisteminə təsir edərək ürəyin fəaliyyətini yaxşılaşdırır. Valerian mədə və bağırsağın sekretor funksiyasını tənzimləyir, spazmolitik təsir göstərir. Adaptogen və tonuslandırıcı təsirə malikdir. Yemişan: Təsir göstərən maddə flavanoid və prosianidlərdir ki, onlarda kardiotonik və aritmiya əleyhinə təsir göstərir. Yemişan ekstraktı qan damarlarını genişləndirərək koronar və beyin qan dövranını yaxşılaşdırır, ürək yığılmalarının sayını azaldır. Ürək əzələsinin yığılmasını artırır (kardiotonik təsir göstərir) və eyni zamanda onun oyanmasını azaldır. Ürək ritmini normallaşdırır.Yemişan qlikozidləri və flavanoidləri spazmolitik, hipotenziv təsir göstərir, arteriola və kapilyar damar divarının elastikliyini yaxşılaşdırır. Qanda xolesterinin səviyyəsini azaldır, skleroz əleyhinə təsir göstərir.Mərkəzi sinir sisteminin oyanıqlığını azaldır,sedativ təsir göstərir. Damotu: Təsir göstərən maddə qlikozidlər, alkaloidlər, saponinlər, iridoid monoterpinlər, askorbin turşusudur. Dam otu sedativ və hipotenziv, kardiotonik təsir göstərir. Damotundan alınan efir yağları ürək və baş beyin damarlarından spazmı götürür. Dam otunun ağrı kəsici və spazmolitik təsirini nəzərə alaraq qarında sancı, meteorizm və həzm pozğunluqlarında təyin olunur. Qinekologiyada menustral sikli tənzimləyir, ləngimələri aradan götürür. Təyinat: Beyin və koronar qan dövranını yaxşılaşdırır, ürək əzələsinin yığılma qabiliyyətini artırır, ürək ritminin normallaşmasını və damar divarının elastikliyini təmin etmiş olur. Tez və effektiv olaraq həyacan, qorxu, oyanıqlıq əlamətlərini, yuxusuzluğu aradan götürür.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...