+1 голос
350 просмотров
от в категории Tibb, Sağlamlıq

Tri̇si̇da dərmanı 

1 Ответ

0 гол-в
от
Dazıotu ekstraktı. Dazıotu ekstraktı bitki mənşəli olub, anksiolitik və antidepressiv xüsusiyyətə malikdir. Dazıotu preparatının əsas aktiv maddələri – hiperisin, psevdohiperisin, hiperforin və flavanoidlər (hiperozid, kversetin, rutin, izokversetin) – mərkəzi və vegetativ sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırır. Dazıotu əhval-ruhiyəni yaxşılaşdırır, psixi və fiziki qabiliyyəti artırır, yuxunu normallaşdırır. Dazıotu ekstraktı həm həyəcan, həm də stres vəziyyətinə cavab reaksiyası olaraq meydana çıxan yüngül gedişli depressiyalarda effektiv sayılır. Dazıotu ekstraktı affektiv pozuntular nəticəsində yaranan somatik şikayətlər zamanı daha effektiv sayılır. Həyəcanı üstünlük təşkil edən xəstələrdə və ya həyəcanın somatikləşməsi nəticəsində yaranan vegetativ disfunksiya zamanı dazıotu ekstraktı daha tez effekt verir. Dazıotu ekstraktı eyni zamanda büzücü, iltihabəleyhinə, antiseptik təsirə də malikdir. Dazıotu preparatı yaxşı mənimsənilir. Öyrəşmə vermir. L-Triptofan. L-triptofan 8 əvəzolunmaz aminturşulardan biridir. Zülal sintezindən əlavə triptofan baş beyində serotonin, melatonin sintezinə sərf olunur, davranış, əhval-ruhiyənin, koqnitiv funksiyaların və yuxunun formalaşmasında vacib rol oynayır. L-triptofan mədə - bağırsaq traktından yaxşı sorulur. Qanda L-triptofan əsasən (85-95%) birləşmiş formada olur. Sərbəst L-triptofan plazmada transportyorlarla birləşmə qabiliyyətinə görə beyinə daşınan neytral aminturşularla rəqabətə girə bilir. Ona görə də L-triptofanın hətta kiçik dozalarda qəbulu onun sərbəst formasının qanda artmasına, digər aminturşularla rəqabətdə daha çox beyinə daşınmasına, serotonin, melatonin və digər neyroaktiv metabolitlərin sintezinə səbəb olur. Piridoksin hidroxlorid (Vitamin B6). Piridoksin hidroxlorid (Vitamin B6) maddələr mübadiləsində iştirak edir. Mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün vacibdir. Orqanizmə daxil olaraq fosfatlaşır və piridoksal-5-fosfata çevrilərək fermentlərin tərkibinə daxil olur, aminturşuların dekarboksilləşməsinə, yenidən aminləşməsinə səbəb olur. Triptofan, metionin, sistein, qlutamin və digər aminturşuların mübadiləsində iştirak edir. Lipid mübadiləsini normallaşdırır. Diurezi artırır, diuretiklərin təsirini gücləndirir. Nazik bağırsaq boyunca tez sorulur, çox hissəsi burada absorbsiyaya uğrayır. Qaraciyərdə metabolizmə uğrayaraq farmakoloji aktiv metabolitlərin (piridoksal fosfat və piridoksaminfosfatın) əmələ gəlməsinə səbəb olur. Askorbin turşusu (Vitamin C). Askorbin turşusu (Vitamin C) metabolik, oksidləşmə-reduksiya proseslərinə requlə edici təsir edir. Antioksidant xüsusiyyətə malikdir. Qlükozanın üç-karbon turşuları dövriyyəsində istifadəsini sürətləndirir, tetrahidrofol turşusunun əmələ gəlməsində, toxumaların regenerasiyasında, steroid hormonların, kollagenin, prokollagenin, karnitinin əmələ gəlməsində, serotoninin hidroksilləşməsində iştirak edir. Maqnezium sitrat. Maqnezium sitrat maddələr mübadiləsinə normallaşdırıcı təsir edir. Maqnezium həyati vacib element olub, orqanizmin bütün toxumalarına daxildir, hüceyrələrin normal işi üçün vacibdir, maddələr mübadiləsində iştirak edərək enerji istehsalına, sərfinə xidmət edir. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü ləngidir, bir sıra fermentativ reaksiyalarda iştirak edir, kalsium antaqonisti hesab olunur. Maqnezim sitrat orqanizm tərəfindən yaxşı mənimsənilir, yüksək mənimsənilmə qabiliyyətinə malikdir. Qlisin. Qlisin maddələr mübadiləsinin requlyatoru olub, MSS -nin (mərkəzi sinir sisteminin) qoruyucu tormozlanma prosesini aktivləşdirir, normallaşdırır. Qlisin qlisin- və QAYT- ergik, α1-adrenoblokator, antioksidant, antitoksik təsirə malikdir. Qlutamat reseptorlarının (NMDA) təsirini requlə edir, bunun hesabına: psixoemosional gərginliyi azaldır, aqressivlik, konflikt yaratma həvəsini azaldır, sosial adaptasiyanı artırır əhval-ruhiyəni artırır yuxuya getməni asanlaşdırır və yuxunu normallaşdırır vegetativ damar pozuntularını azaldır (məsələn klimakterik dövrdə) işemik insult və kəllə-beyin travmaları zamanı beyin əlamətlərini azaldır alkoqol və digər dərman vasitələrinin MSS-in funksiyasına toksiki təsirini azaldır Orqanizmin toxumaları və bioloji mayelərinə, daha dəqiq baş beyinə rahat keçir, karbon qazı , suya qədər parçalanır, toxumalarda toplanmır.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...