+1 səs
498 baxış
Tibb, Sağlamlıq bölməsində

Tri̇valumen dərmanı 

1 cavab var:

0 səs
Trivalumen – bitki mənşəli kombinəedilmiş sedativ preparatdır, təsiri tərkibinə daxil olan komponentlərin sinergist xüsusiyyətləri ilə bağlıdır. Pişikotunun tərkibində olan borneolun və izovalerian turşusunun mürəkkəb efirləri MSS- nin oyanıqlığı, psixiki yüklənmə zamanı baş verən gərginliyi və qıcıqlanmanı azaldır, sedativ, yuxugətirici və spazmolitik təsirlər göstərir. Bundan əlavə, pişikotunun bioloji aktiv maddələrinin mürəkkəb fitokompleksi ödqovucu təsirə malikdir, mədə-bağırsaq traktının selikli gişa vəzilərinin sekretor aktivliyini artırır, ürək ritmini azaldır, ürəyin tac damarlarını genişləndirir. Mayaotunun aktivliyi tərkibində olan efir yağları və acı maddələr (qumulon, lupulon və alifatik terpentin spirtləri), fitonsid maddələr, B və C qrupu vitaminləri, tokoferol və estrogen təsirli maddələrlə baglıdır.Onlar iştahanı artırır,öd ifrazını yaxşılaşdırır, oyanıqlıq və yuxusuzluq vəziyyətlərində sakitləşdirici təsir göstərir. Nanə cövhərinin farmakoloji effekti mentolla və həmçinin terpenlərlə,tanninlə, acı maddələr və üzvi turşularla bağlıdır.Ağrıkəsici, büzüşdürücü,iltihabəleyhinə təsir edir,ürəkbulanmanı azaldır,MBT-in və qaraciyərin sekretor fəaliyyətini stimullaşdırır, bağırsağın hərəki fəaliyyətini normallaşdırır. Üçyarpaq meniant acı qlikozidlərə,flavonoidlərə görə mədə-bağırsaq sekresiyasını gücləndirir,həzmi yaxşılaşdırır,iştahanı yaxşılaşdırır, bağırsağın hərəki fəaliyyətini normallaşdırır,antihipoksik və antioksidant təsir edir. Preparat asılılıq yaratmır,psixomotor funksiyaya təsir etmir,iş qabiliyyətini azaltmır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...