+1 səs
175 baxış
Tibb, Sağlamlıq bölməsində

Ti̇o-norm dərmanı 

1 cavab var:

0 səs
Alfa-lipoy turşusu (tiokt turşusu) endogen antioksidant olmaqla, orqanizmdə alfa-ketoturşuların oksidləşmə-dekarboksilləşməsi nəticəsində əmələ gəlir. Biokimyəvi quruluşuna görə B qrupu vitaminlərinə bənzəyir. Mitoxondrial multiferment komplekslərinin kofermenti kimi piroüzüm və alfa-ketoturşuların oksidləşmə- dekarboksilləşməsində iştirak edir. Alfa-lipoy turşusu oksidativ stressin inkişafının qarşısını alır, hüceyrəni enerji ilə təmin edir, qanda qlükozanın səviyyəsinə tənzimləyici təsir göstərir. Alfa-lipoy turşusu antioksidant xüsusiyyəti sayəsində hiperqlikemiya nəticəsində artıq miqdarda əmələ gələn sərbəst radikalları neytrallaşdırır və onların sinir hüceyrələrinə zərərli təsirini aradan qaldırır. Alfa-lipoy turşusu sinir liflərinə regenerasiyaedici təsir göstərir, aksonların böyüməsini stimulə edir və dendritlərin bərpasını təmin edir, nəticədə sinir keçiriciliyi bərpa olunur. Dərman göyzabanı yağı A, E, B qrupu vitaminləri və əsasən qamma-linolen turşusu (Omeqa-6 polidoymamış yağ turşusu) ilə zəngindir. Daxilə qəbul zamanı dərman göyzabanı yağı maddələr mübadiləsini yaxşılaşdırır, immun sisteminin müdafiə funksiyasını stimulə edir, böyrəküstü vəzilərinin funksiyasını tənzimləyir, qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, aterosklerozun müalicə və profilaktikası üçün istifadə olunur, orqanizmdə endorfinlərin sintezini təmin edərək psixo-emosional vəziyyəti və yuxunu yaxşılaşdırır. Dərman göyzabanı yağı tonuslandırıcı, tərqovucu, sidikqovucu, revmatizm əleyhinə vasitə kimi istifadə olunur. Onu astenik vəziyyətlərdə qüvvənin bərpası üçün, həmçinin iltihabəleyhinə və hərarətsalıcı kimi istifadə edirlər. E vitamini - güclü antioksidant vasitədir. Sərbəst radikalların fəallığını azaldır, immun sistemin fəaliyyətini gücləndirərək orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. B1 vitamini – energetik, karbohidrat, yağ, zülal, su-duz mübadiləsində fəal iştirak edir, sinir sisteminin fəaliyyətini tənzimləyir. B2 vitamini – orqanizmdə mübadilə proseslərinin katalizatorudur, zülalların, yağların və karbohidratların sintezində iştirak edir. B5 vitamini – oksidləşmə prosesləri və zülal, yağ və karbohidrat mübadiləsində mühüm rol oynayır, hemoqlobin və həyati-vacib aminturşuların sintezi üçün zəruridir. B6 vitamini – maddələr mübadiləsində iştirak edir, mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün zəruridir, zülallar, hemoqlobin və həyati-vacib aminturşuların sintezində iştirak edir, qanda xolesterin və lipidlərin səviyyəsini azaldır. Selen - selenin vacib qida mənbəyi olan, selensaxlayan təbii aminturşu L-selenmetionin şəklindədir ki, onun da antioksidant fəallığı oksigenin reaktiv formalarını neytrallaşdırmaq xüsusiyyəti ilə bağlıdır. L-selenmetionin selenin üzvi forması olaraq orqanizm tərəfindən asan mənimsənilir. L-selenmetionin – optimal və daimi antioksidant müdafiəni təmin edir. TİO-NORM sinir hüceyrələrinin (neyronların) normal fəaliyyətini və metabolizmini təmin edir. TİO-NORM sinir toxumalarında normal maddələr mübadiləsini təmin edir, həmçinin sinir keçiriciliyinə cavabdeh olan neyrotransmitterlərin mübadiləsini tənzimləyir. TİO-NORM membranlarda gedən peroksidativ və degenerativ proseslərin qarşısını alır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...