+1 səs
266 baxış
Tibb, Sağlamlıq bölməsində

Tusolin dərmanı 

1 cavab var:

0 səs
Tusolin - kombinə olunmuş mukolitik və mukokinetik təsirli preparatdır. Asetilsistein - sistein amin turşusunun təbii törəməsidir. Asetilsistein mukolitik təsirə malikdir. Asetilsisteinin sərbəst sulfhidril qrupları bəlğəmin qlikoproteinlərinin disulfid rabitələrini qırır və irinli-selikli sekresiyaya mukolitik təsir göstərir və bəlğəmin özlülüyünü azaldır, mukosiliar klirensi bərpa edir. Asetilsistein həmçinin antioksidant və pnevmoprotektor xüsusiyyətlərə malikdir. Cirə tənəffüs yollarının iltihabında bəlğəmyumşaldıcı və bəlğəmgətirici təsir göstərməklə öskürəyi aradan qaldırır. Nanə - spazmolitik, antiseptik, ağrıkəsici və öskürək əleyhinə təsirlərə malikdir. Çayağacının tərkibində 50-dən çox bioloji aktiv maddələr vardır. Bunlardan ən əhəmiyyətlisi terpenlər (sineol) olub, antiseptik, iltihab əleyhinə və bakterisid təsir göstərirlər. Berqamot antiseptik təsirə malikdir, qıcıqlanma və stressi aradan qaldırır, angina zamanı faydalıdır. Kəklikotu-nun tərkibi 30 % timol adlı efir yağından ibarət olub, bronxial vəzlərin sekresiyasını gücləndirir, bəlğəmgətirici, tərlədici və antiseptik təsirlərinə görə ağciyər və tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsində istifadə olunur. Zəncəfil soyuqdəymənin müalicə və profilaktikasında müsbət təsirə malikdir, bəlğəmin xaric olmasını asanlaşdırır, tərlədici, immuniteti möhkəmləndirir və iltihabı aradan qaldırır. Evkaliptin tərkibi 80-85 % evkaliptol efir yağından ibarətdir.Evkaliptol soyuqdəymə, öskürək və tənəffüs yollarının digər xəstəliklərində effektlidir. Güclü antiseptikdir, hərarətsalıcı və bəlğəmgətirici təsirlərə malikdir. Rozmarin – immunostimulyator, iltihab əleyhinə, antioksidant təsirlərə malik olub, tənəffüs yolu xəstəliklərində effektlidir. Zirənin- tərkibindəki niqelon və alfapinen kimi efir yağları bronxların saya əzələlərinin spazmını azaldır, öskürəyi aradan qaldırır. İltihab əleyhinə və immunostimulyator təsirlərə malikdir. Küknar iltihabəleyhinə və immunostimulyator təsirlərə malikdir. Yuxarı tənəffüs yolu xəstəlikləri və soyuqdəymədə müalicəvi təsir göstərir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...