+1 səs
143 baxış
Tibb, Sağlamlıq bölməsində

Si̇sti̇kap dərmanı 

1 cavab var:

0 səs
SISTIKAP preparatı uroseptik, urospazmolitik, diuretik, antiseptik təsirlərə malikdir. SISTIKAP preparatının tərkibinə daxil olan quşüzümü meyvəsinin əsas təsiredici komponeneti proantosianidlərdir (PAS). PAS uropatogen mikroorqanizmlərin (E. Coli və digərləri) P-fimbriyaları ilə sidik yollarının selikli qişası arasında olan əlaqəni (birləşməni, yapışmanı) dağıdaraq, xəstəlik törədici bakteriyaların sidik yollarının divarlarına toplanmasının, yapışmasının qarşısını alır (antiadgeziv təsir göstərir), sidikçıxarıcı yolların divarlarını bakterial infeksiyalardan qoruyur. Quşüzümü meyvəsinin tərkibində bioloji aktiv maddələr - qlikozid vaksinin, flavanoidlər; triterpen turşuları - ursol, olean; uzvi turşular – limon, benzoy, oksiqlutar, xinin; şəkər (qlukoza, fruktoza), pektin, azotlu maddələr, fitonsidlər vardır. Quşüzümü meyvəsinin tərkibi vitaminlərlə (Vitamin C, B1, B2, B5, B6, PP), makro- və mikroelementlərlə (kalium, fosfor, kalsium, dəmir, yod, magnezium, xrom, sink və s) də zəngindir. Quşüzümü meyvəsinin tərkibindəki ursol turşusu sidikqovucu təsir göstərərək,böyrəklərdə və sidik kisəsində daş əmələgəlmənin qarşısını alır. Quşüzümü meyvəsi güclü antioksidantdır. Tərkibindəki antosianidlər, vitamin C, karotinlər, flavonoidlər, mikroelementlər sərbəst radikalları neytrallaşdırır. Quşüzümü meyvəsi tərkibindəki fenol birləşməsi sayəsində isə, bakteriosid təsir göstərir. Quşüzümü həmçinin ürək-damar sistemi üçün də çox əhəmyyətlidir, o, xolesterin mübadiləsini normallaşdırır, antiaterosklerotik təsir göstərir. Trombəmələgəlmənin qarşısını alır. Quşüzümü həmçinin mədə və mədəaltı vəzin sekresiyasını, bağırsağın, qaraciyərin fəaliyyətini, həzmi, iştahanı, yaxşılaşdırır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...