+1 голос
208 просмотров
от в категории Tibb, Sağlamlıq

Si̇li̇ma-b dərmanı 

1 Ответ

0 гол-в
от
Silimarin – tərkibi flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarinin əsas komponenti silibinindir. Regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT - polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Preparatın antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Nəticədə hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir. Silimarin təkcə malonaldehidlərin yaranmasının intensivliyini azaltmır, hətta oksigenin toxumalar tərəfindən mənimsənilməsini yaxşılaşdırır, qlutationun ehtiyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır. Silimarin güclü membran stabilləşdirici təsir göstərməklə mübadilə proseslərini normallaşdırır. Toksiki maddələrin hepatositlərin membranlarına zədələyici təsirinin qarşısını almaqla dezintoksikant təsir göstərir. Silimarinin iltihabəleyhinə təsiri iltihab mediatorlarının (prostaqlandinlərin və leykotrienlərin) sintezini zəiflətməsi ilə əlaqədardır. L - Ornitin / L - aspartat – tez bir zamanda ornitin və aspartata dissosasiya olunur, 15-20 dəqiqə müddətində təsiri başlayir. Yarimatilma müddəti çox qisadir. Hepatoprotektor, dezintoksikant, hipoazotemik, hipoammoniemik təsirlərə malikdir. Amin qruplarının sidik cövhəri sintezinə (ornitin dövranı) sərf olunmasını sürətləndirir. Ammonyakın qan plazmasında konsentrasiyasını azaldır, orqanizmdə turşu - qələvi balansının normallaşmasını təmin edir. İnsulinin və somatotropin hormonunun sintezini aktivləşdirir. Müxtəlif xəstəliklər zamanı zülal mübadiləsini yaxşılaşdırır. Metionin – əvəz olunmayan aminturşudur, hepatoprotektor, metabolik təsirlərə malikdir. Azot balansını tənzimləyir. Xolin, adrenalin, kreatin kimi vacib bioloji birləşmələrin sintezini təmin edir. Toksiki məhsulların zərərsizləşdirilməsində və fosfolipidlərin əmələ gəlməsində iştirak edir. Neytral yağların qaraciyərdə toplanmasını tormozlayır, lipotrop effekt verir. Vitamin və hormonların təsirini modulə edir (B12, askorbin və fol turşusu). Xolin – membranoprotektor təsir göstərir, qanda xolesterinin miqdarını azaldir, öd daşı yaranmasinin qarşısını alir, lesitinlə birgə yağların mübadilə və nəqlində iştirak edir. Həmçinin sinir sistemi üçün mühüm əhəmiyyətə malikdir. Asetilxolinin sintezində iştirak edir, fosfolipidlərin tərkibinə daxildir, yaddaşı möhkəmləndirir. Vitamin B1 – metabolik, immunostimuləedici, antioksidant xüsusiyyətlərə malikdir. Hüceyrə energetiki olub, orqanizmin böyümə və inkişafına səbəb olur, əqli və fiziki qabiliyyəti artırır, sinir toxumasının mübadiləsini yaxşılaşdırır, karbohidrat mübadiləsində iştirak edən fermentlərin koferment hissəsinin sintezində iştirak edir. Vitamin B1 çatışmazlığı həm mərkəzi sinir sistemində, həm də mədə bağırsaq traktında bir çox simptomlarla özünü göstərir. Vitamin B2 – orqanizmimizdə mövcud olan hər bir hüceyrədə vardır. Riboflavin karbohidrat və yağların enerjiyə çevrilməsinə kömək edən bəzi fermentlərin əsas tərkib hissəsini təşkil edir. O, oksidləşdirici və energetik mübadilə prosesslərində iştirak edir, vacib fizioloji prosess olan regenerasiyanın (orqanizmin əsas həyat fəaliyyəti və patoloji prosesslər zamanı itirilmiş toxuma strukturunun yenilənməsi) effektliliyini təmin edir. Qanda bilirubinin səviyyəsini normallaşdırır. Bunlardan əlavə B2 vitamini görmə piqmenti olan purpurun sintezində də iştirak edir ki, bu da öz növbəsində gözün torlu qişasını ultrabənövşəyi şüalardan qoruyur. B2 vitamini eritrositlərin yaşama müddətini artırır və fol turşusu (vitamin B2) ilə birlikdə sümük iliyində yeni qan hüceyrələrinin yaranmasında iştirak edir. Bundan əlavə riboflavin dəmirin mənimsənməsinə kömək edir. Vitamin B6 – fiziki və əqli əmək qabiliyyətini artırır, qanda qlükozanın səviyyəsini requlə edir, qalxanabənzər, böyrəküstü və cinsi vəzilərin işini normallaşdırır, beyin toxumasında maddələr mübadiləsini yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir, antidepressiv təsir edir. Triptofan, qlutamin, sistein və metioninin metobolizmində vacib rol oynayir, həmçinin aminturşuların hüceyrə membranından transportunda iştirak edir. Fosforilaza fermentinin aktivləşməsi üçün vacibdir. Bu ferment QAYT, qlisin, serotoninin əmələ gəlməsində iştirak edir. Həmçinin vitamin B6 çatmazlığı MSS tərəfindən, dəridə, selikli qişalarda və hemopoetik sistemdə pozğunluqlara səbəb olur.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 23 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+3 гол-в
1 ответ
спросил 17 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
+1 голос
1 ответ
спросил 26 Дек, 20 от аноним в категории Tibb, Sağlamlıq
...