1 tabletin tərkibi: Sukraloza 6,5 mq. Köməkçi maddələr: laktoza monohidrat, natrium kroskarmelloza, magnezium stearat. Bir tablet şirinliyinə görə 4,4 qr şəkərə uyğundur.
Sukraloza əsaslı şirinləşdirici. Sukrasvit - tərkibində sukraloza olan şəkərin təhlükəsiz əvəzedicisidir. Elmi müşahidələrin nəticələrinə görə ABŞ Qida məhsulları və dərman vasitələrinin keyfiyyətinə nəzarət idarəsi, Dünya Səhiyyə Təşkilatı, digər təşkilatlar tərəfindən müsbət qarşılanıb. Üstünlükləri: • Şəkərdən 600 dəfə şirindir • Sıfır kalori (sukralozada) • Yüksək temperatura qarşı dözümlüdür, qida hazırlamaq üçün uyğundur • Dişlərdə çürümə yaratmır.