+1 səs
136 baxış
Tibb, Sağlamlıq bölməsində

Soyuqdəymə əleyhi̇nə balzam

1 cavab var:

0 səs
Balzamin təsiri tərkibinə daxil olan effektiv və balanslaşdırılmış maddələrin seçiminə əsaslanır. Çöl nanəsi yarpağı yağının tərkibinə mentol daxildir. Mikrob əleyhinə, antibakterial təsirə malikdir. Ağrıkəsici və ödem əleyhinə təsir göstərir. Nəfəs alınan nanənin efir yağlarının ətri sakitləşdirici və ödem əleyhinə təsir göstərir. Nanə yağı baş ağrılarını aradan götürür. Lavr kamforası qabığı yağının tərkibinə kamfora, pinen, kamfen, bomeol və digər maddələr daxildir. Antiseptik, yerli qıcıqlandırıcı, yerli ağrıkəsici, iltihab əleyhinə və qızdırmasalıcı təsir göstərir. Kamfora yağı iltihabi proseslər və revmatizm zamanı maz və liniment şəklində təyin olunur. Soyuqdəymə zamanı faydalı təsir göstərir, rinit zamanı burunda tutqunluğu azaldır, tənəffüsü yaxşılaşdırır. Evkalipt yarpağı yağının tərkibinə sineol, pinen və digər maddələr daxildir. Yuxarı tənəffüs yollarının infeksion iltihabi xəstəliklərində antiseptik və iltihab əleyhinə vasitə kimi təyin olunur. Şam ağacı yağının tərkibinə α və β-pinenlər daxildir. Antiseptik və iltihab əleyhinə təsir göstərir. Nəfəs alınan şam ağacının efir yağları yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri zamanı burun tənəffüsünü yaxşılaşdırır, boğazda ağrını azaldır və öskürək əleyhinə təsir göstərirlər. Cövüz toxumu yağının tərkibinə α-pinen, linalool, kamfen və digər bioloji aktiv maddələr daxildir. Iltihab əleyhinə və mikrob əleyhinə təsir göstərir. Yumşaldıcı və sakitləşdirici təsirə malikdir. Soyuqdəymə və revmatik xəstəliklər zamanı maz şəklində geniş istifadə olunur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 13 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 17 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
1 cavab
soruşub 19 Mayda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
0 cavab
soruşub 12 Martda anonim Tibb, Sağlamlıq bölməsində
...