Hər tabletin tərkibində olan aktiv komponentlər: Tozlar: Erkək səhləb (Orchis mascula) 65 mq; Uzunyarpaq asterkant (Astercantha longifolia) 32 mq; Laktuka (Lactuca scariola) 16 mq; Məxməri paxlalar (Mucuna pruriens) 16 mq; Suvarnavanq (Suvarnavang) 16 mq; Ekstraktlar: Argireya (Argyreia speciosa) 32 mq; Dəmir tikanı (Tribulus terrestris) 32 mq; Torlu leptadeniya (Leptadenia reticulata) 32 mq; Mirvari palmeliyası (Parmelia perlata) 16 mq.
Speman prostat vəzinin, xayanın, xaya artımlarının, toxum kisəsinin funksiyasını yaxşılaşdırır, spermatogenezi stimulə edir. Lüteinləşdirən və follikulstimuləedən hormonların səviyyəsini normallaşdırmaqla preparat spermanın keyfiyyətinə müsbət təsir göstərir və spermatozoidlərin sayını artırır. Ödem əleyhinə, antiseptik, iltihab əleyhinə, spazmolitik və diuretik təsirlərə malik olmaqla Speman prostatın hiperplaziyası zamanı çox faydalı təsir göstərir.