Hər tabletin tərkibində olan aktiv komponentlər: Tozlar: Erkək səhləb (Orchis mascula) 39 mq; Uzunyarpaq asterkant (Astercantha longifolia) 19 mq; Laktuka (Lactuca scariola) 10 mq; Məxməri paxlalar (Mucuna pruriens) 10 mq; Suvarnavanq (Suvarnavang) 10 mq; Ekstraktlar: Argireya (Argyreia speciosa) 19 mq; Dəmir tikanı (Tribulus terrestris) 19 mq; Torlu leptadeniya (Leptadenia reticulata) 19 mq; Mirvari palmeliyası (Parmelia perlata) 10 mq; Rauvolfiya (Rauwolfia serpentine) alkaloidlərinin ümumi standart miqdarı 1.5 mq təşkil edir.
Speman forte – qeyri-hormonal preparat olaraq, onurğa beynində yerləşən ereksiya və cinsi aktivlik mərkəzlərinin oyanıqlığını aşağı salan ali sinir mərkəzlərinə təsir göstərir. Preparat gözləmə sindromu ilə meydana çıxan oyanıqlıq hissini azaldır, potensiyanı aşağı salmadan sakitləşdirici təsir göstərir. Neyroendokrin sistem vasitəsi ilə təsir göstərərək Speman forte eyakulyasiyanın tez baş verməsinin qarşısını alır.