+1 səs
260 baxış
Tibb, Sağlamlıq bölməsində

Sedi̇kum siropu 

1 cavab var:

0 səs
Enliyarpaq cökə - Təbii yolla sedativ təsir göstərərək yuxunu yaxşılaşdırır. Tər ifrazını stimulə edir və yüngül diuretik təsir göstərir. Damarları genəldir və hipotenziv təsir göstərir. Çobanyastığı - sedativ, spazmolitik, hipotenziv, köpqovucu, diuretik və iltihabəleyhinə təsirləri var. Gün ərzində əsəbiliyi aradan qaldırır. Tərkibi bioflavonoidlərlə zəngindir. Benzodiazepin reseptorlarına birləşməklə sedativ və anksiolitik effekt göstərir. Kaliforniya laləsi - flavonoid və alkaloidlərdən ibarət olan bir bitkidir. Sedativ, yuxugətirici, anksiolitik, spazmolitik və ağrıkəsici təsirə malikdir. Ləng yuxu fazasının müddətini uzadır. Gecə enurezində, sinir sisteminin oyanıqlığında, yuxuda diksinmələr və fobiyalarda yüksək effekt göstərir. Qriffonia toxumları - 5-HTP (5- hidroksitriptofan ) ilə zəngindir. 5-HTP beyində serotonin sintezi üçün istifadə olunan metabolitdir. Serotonin sintezinin artması, yuxu tsiklini və iştahanı normaya salır və əhval- ruhiyyəni yaxşılaşdırır.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 22 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...