Kombinə olunmuş preparatdır. Parasetamol - qızdırmasalıcı, analgetik təsirə malik olub, soyuqdəymə xəstəliklərində müşayiət olunan ağrı sindromu: boğaz ağrısı, başağrısı, əzələ və oynaq ağrılarını azaldır, yüksək hərarəti endirir. Fenilefrin - damardaraldıcı təsir göstərməklə yuxarı tənəffüs yollarında ödemi və hiperemiyanı azaldır. Feniramin - allergiya əleyhinə təsir etməklə gözdə, burunda, boğazda qıcıqlanmanı, burun-boğaz və burun ciblərinin selikli qişalarının ödem və hiperemiyasını azaldır. Kofein - MSS-nə stimullaşdırıcı təsir göstərməklə yorğunluğu və yuxululuğu aradan qaldırır və əqli və fiziki iş qabiliyyətini artırır. Askorbin turşusu (vitamin C) - orqanizmin infeksion-iltihabi xəstəliklərə qarşı müqavimətini artırır.