+1 səs
756 baxış
Tibb, Sağlamlıq bölməsində

Qli̇si̇maq b6  dərmanı 

1 cavab var:

0 səs
Maqneziumun orqanizm üçün olduqca böyük əhəmiyyəti var. O sümük hüceyrələrində maddələr mübadiləsini yaxşılaşdırır, sinir keçiriciliyini tənzimləyir, 300 - dən çox fermentin sintezində iştirak edir. Orqanizimdə maqneziumun defisiti əzələ zəifliyi, tremor, tetaniya, reflektor oyanıqlığın artması, qıcıqlanma, yuxu pozulması, taxikardiya və s. kimi şikayətlərə gətirib çıxarır. Hamilədə maqnezium çatışmazlığı zamanı çox vaxt hestozlar, vaxtından əvvəl doğuşlar, spontan abortlar və diqər təhlükəli ağırlaşmalar baş verir. B6 vitamini koferment kimi bir çox metabolik proseslərdə, 60-dan çox enzimlərin, neyromediatorların (serotonin, dopamin) sintezində, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Maqneziumun mədə - bağırsaq sistemində daha tez sorulmasına, hüceyrələrə keçib orada saxlanmasına səbəb olur. Hamilələrdə B6 vitamini toksikoz əlamətləri olan ürəkbulanma və qusmanı azaldır, mərkəzi sinir sisteminin oyanıqlığını aradan qaldırır. Qlisin amin turşu olub, mərkəzi sinir sistemində tormozlayıcı funksiyaları stimulyasiya edən neyromediatordur. O neyronlardan qıcıqlandırıcı amin turşularının ayrılmasını ləngidir, metobolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir. Psixoloji adaptasiya reaksiyalarını sürətləndirir, tez qıcıqlanmanı və aqressivliyi azaldır. Melissa sakitləşdirici təsirlə yanaşı, spazmolitik və köp əleyhinə təsirə malikdir. Yuxunu normallaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Bu xüsusiyyətlər melissanın tərkibindəki konkret komponentlərin: sitronellalın – güclü sedativ, geraniollanın – spazmolitik, fenilpropanoidlərin –virusəleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 24 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...