1 q PROTİVOQRİBKOVIY GELİN tərkibi: Undesilen turşusunun monoetanolamidi-10 mq
Protivoqribkovıy gelin aktiv tərkib hissəsi olan undesilen turşusunun monoetanolamidi (UMEA) aktiv fungisid maddədir.Lipofildir, UMEA propilenqlikolun iştirakı ilə dəri səthində olan patogen mikrofloraya bakterisid təsir göstərir, həmçinin göbələklə zədələnmiş dərinin daha dərin qatlarına təsir göstərir. Protivoqribkovıy gel aşağıdakı göbələk formalarına təsir göstərir: Epidermophyton sp. Candida albicans Microsporum canis Trichophyton rubrum Undesilen turşusunun monoetanolamidi patogen göbələklərin sitoplazmatik membranını zədələyərək onun keçiriciliyini pozur. Nəticədə göbələk hüceyrəsi məhv olur.