+2 səs
629 baxış
Tibb, Sağlamlıq bölməsində

Ovaton N30 dərmanı 

1 cavab var:

0 səs
Mio-inozitol vitaminəbənzər maddə olub, yağ və şəkərlərin metabolizmini tənzimləyir, hüceyrə membranının stabilliyini qoruyur, sinir ötürücülüyünü sürətləndirir. Mio-inozitol plazmada lüteinləşdirici hormon, testosteron və prolaktinin səviyyəsini aşağı salır, follikulstimuləedici hormonun səviyyəsini artırır. Mio-inozitol menstrual tsiklin və ovulyasiyanın bərpasında mühüm rol oynayır. Yumurtalığın funksiyasına moduləedici təsir edir, onun stimulyasiyasında müsbət nəticə verir. Yumurtalığın polikistozu zamanı mio-inozitol metabolik və reproduktiv pozulmalarla bağlı patofizioloji mexanizmlərin normallaşmasını sürətləndirir. Mio-inoizitol insulinə rezistentliyi azaldır, II tip şəkərli diabet zamanı toxumaların insulinə həssaslığı artırır, həmçinin ümumi metabolik fonu yaxşılaşdırır. Levomefol turşusu (5-MТHF) – fol turşusunun təbii aktiv formasıdır. Fermentlərin aktivliyi məhtud olduğundan fol turşusu tam olaraq bioloji aktiv formaya (5-metiltetrahidrofolata) çevrilə bilmir.Bu isə fol turşusu defisitinin yaranmasına səbəb olur (fol turşusu qəbulu fonunda belə). Fermentlərin təsirindən asılı olmadığı üçün levomefol turşusu orqanizmdə bütün mübadilə tsikllərinə rahat qoşulur (o cümlədən, hamilə qadınlarda və döldə). Levomefol turşusu sinir borusunda defektlərin əmələ gəlməsinin qarşısını alır, ciftin formalaşması, damarlarının artması və uşaqlıq divarına yapışmasını sürətləndirir, preeklampsiyanın əmələ gəlməsinin qarşısını alır. Levomefol turşusu kişilərdə reproduktiv funksiyaya müsbət təsir göstərir, spermatozoidlərin miqdarını və aktivliyini artırır. Hüceyrə səviyyəsində təsir göstərərək levomefol turşusu sistein tsiklini və homosisteinin tənzimlənməsini yaxşılaşdırır, homosisteinin metioninə çevrilməsini katalizə edir. Həmçinin levomefol turşusu amin turşuların metabolizmində, zülal və nuklein turşuları (DNT və RNT) sintezində, xromosomların reparasiyasında, hüceyrələrin bölünməsi və toxumaların böyüməsində mühüm rol oynayır. B12 vitamini levomefol turşusu ilə birgə sito- və neyrotoksik təsirə malik olan və hamiləliyin pozulma riskini artıran homosisteinin metabolizminin normallaşmasına və qanda səviyyəsinin azalmasına kömək edir. B12 vitamini qaraciyəri piylənmədən qoruyur, sinir sisteminin fəaliyyəti üçün vacib olan xolinin mübadiləsində, qanyaranmada və sümüyün əmələ gəlməsində iştirak edir.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 23 Dekabrda, 20 anonim
+2 səs
1 cavab
soruşub 17 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...